Səfir açıqladı: XİN rəhbərləri görüşəcək

  • 16:13 - 05 Fevral
Bu gün Pakistanın ölkəmizdəki səfirliyində Kəşmirlə Həmrəylik gününə həsr olunmuş tədbir baş tutub. Axar.az xəbər verir ki, tədbiri giriş sözü ilə Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Səid Xan Mohmand açıq elan edib. Səfir Hindistanın işğalından, Pakistanın əzəli torpaqlarından söz açarkən Azərbaycanla oxşar tale yaşadıqlarını dilə gətirib: “Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi olduğu kimi, Pakistanın da Kəşmir və Cammu problemləri var. Bu torpaqlar əzəli Pakistan torpaqlarıdır”. Cənab Mohmand Pakistanın hər zaman Azərbaycanın yanında olduğunu, Dağlıq Qarabağ münaqişəsində hər zaman Azərbaycan dövlətini və xalqını müdafiə etdiklərini vurğulayıb: “Azərbaycanın da Kəşmir və Cammu faciələrində bizim yanımızda olduğundan şübhəmiz yoxdur. Biz zorakılığa etiraz edir, əzilən millətlərimizin hüquqlarının bərpasını tələb edirik”. Səfir növbəti aylarda Azərbaycan, Pakistan və Türkiyə XİN rəhbərlərinin İslamabadda üçtərəfli görüşünün keçiriləcəyini də açıqlayıb.

Oxunma sayı: 5027

Oxşar yazılar