İranın Kosmik Tədqiqat Mərkəzində yanğın – 3 alim öldü

  • 12:10 - 04 Fevral

Tehrandakı İranın Kosmik Tədqiqat Mərkəzində baş verən yanğın nəticəsində 3 elmi işçi ölüb. 

Avropa.info İSNA-ya istinadən xəbər verir ki, bu barədə İranın informasiya və telekommunikasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri-Cahromi məlumat verib. 

Nazir deyib ki, yanğının hansı səbəbdən baş verdiyi hələlik bəlli deyil. Nazir qeyd edib ki, yanğın ölkədə İran inqilabının ildönümünə həsr edilmiş bayram tədbrilərinin keçirildiyi zaman baş verib. 

Nazir ölən elmi işçilərin şəxsiyyətini açıqlamayıb. 


Oxunma sayı: 20779

Oxşar yazılar