Cəlilabadda evdən oğurluq edənlər tutuldu – Foto

  • 10:04 - 04 Fevral
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə evdən oğurluq edən rayon sakinləri saxlanılıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avropa.info-ya verilən məlumata görə, Cəlilabad şəhəri M.Quliyev küçəsində yaşayan B.Şahbazov rayon polis şöbəsinə müraciət edərək ona məxsus yaşayış evindən elektrik generatoru, videomaqnitafon, rəqəmsal peyk aparatı, kompüter monitoru, səsgücləndiricilər, həmçinin digər məişət əşyalarının oğurlandığını bildirib. Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakinləri Cahid Kazımov və Nizami Mahmudov saxlanılıb. Şübhəli şəxs qismində tutulmuş C. Kazımovun yaşadığı Cəlilabad şəhərinin M.Hadi küçəsində yerləşən evə keçirilən baxış zamanı oğurlanmış əşyalar aşkar olunaraq maddi sübut kimi götürülüb. Faktla bağlı Cəlilabad RPŞ-nin istintaq bölməsində araşdırma aparılır

Oxunma sayı: 12155

Oxşar yazılar