DTX-nın Mədəniyyət Mərkəzində şahmat turniri keçirilib

  • 14:09 - 02 Fevral
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində 2 fevral - Gənclər Günü ilə bağlı şahmat turniri keçirilib. Avropa.info xəbər verir ki, "Gələyin gəncləri qrossmeysterlə birgə" adlanan tədbirdə 3 qat Avropa çempionu, Azərbaycan millisinin üzvü Qədir Hüseynov da iştirak edib. O, uşaqlar üçün eyni zamanda 38 lövhədə master-klass keçib. DTX-nın Mədəniyyət Mərkəzinin Şahmat Klubunun təşkilatçılığı ilə keçirilən yarışa azyaşlı şahmatçılar qatılıb. Turnirdə DTX-nın Mədəniyyət Mərkəzinin Şahmat Klubunun üzvləri və müxtəlif şahmat məktəblərinin idmançıları iştirak edib. Yarışda həmçinin Bakı və Azərbaycan çempionları da yer alıb.

Oxunma sayı: 5445

Oxşar yazılar