Sumqayıtda özlərini "kriminal aləm"in üzvləri kimi təqdim edən gənclər məhkəmə zalında həbs olundular

  • 17:32 - 31 Yanvar
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Nicat Rzazadə, Sənan Rüstəmov və Kamran Alıyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.  Avropa.info report-a istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Onların barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub. Hər 3 şəxs məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, 2000-ci il təvəlüdlü N.Rzazadə, 2001-ci ildə anadan olmuş S.Rüstəmov və K.Alıyev özlərini "kriminal aləm"in üzvləri kimi təqdim edərək, əvvəldən tanıdıqları Sumqayıt şəhər sakinləri - Ç.Əliyeva, Ziyad Həsənov, Elmin Miriyev, Məhəmməd Həsənzadə və Rüstəm Əhmədovu döyməklə, öldürməklə və yandırmaqla hədə-qorxu gələrək pul tələb ediblər. Onlar həmçinin bir neçə şəxsin mobil telefonunu da alaraq qaytarmayıblar.
Zərərçəkənlərin şikayəti əsasında hər üç şəxs saxlanılıb.

Oxunma sayı: 12056

Oxşar yazılar