Şəmkirdə su nasoslarını oğurlayanlar tutuldu – Foto

  • 10:50 - 31 Yanvar
Şəmkir rayonu Əliyaqublu kəndində yaşayan əhalini su ilə təmin edən qurğuların oğurlanması hallarının qarşısının alınması və bu cinayətləri törədən şəxslərin ifşa edilməsi istiqamətində Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avropa.info-ya verilən məlumata görə, nəticədə kənd ərazisində təsərrüfat sahələrində quraşdırılan su nasoslarını oğurlamaqda şübhəli bilinən Əliyaqublu kəndi sakini Elnur Quliyev və həmkəndlisi Eynur Səlimovla birlikdə saxlanılıb. Saxlanılan şəxslər ifadəsində həmin nasosları əsasən sutkanın qaranlıq vaxtlarında oğurladıqlarını və satmaq üçün gizlətdiklərini etiraf ediblər. Faktlarla araşdırmalar davam etdirilir.

Oxunma sayı: 13244

Oxşar yazılar