Qohumu danışdı: Nəsiminin məzarının son durumu – Video

  • 12:13 - 28 Yanvar
Suriyadakı müharibənin dəhşətləri İmadəddin Nəsiminin məzarından da yan keçməyib. Amma biz bütün gücümüzlə Nəsiminin məqbərəsini qoruyuruq. Avropa.info xəbər verir ki, bu sözləri Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin Hələb şəhərində yaşayan qohumu Bəşşar Nəsimi bin Əhməd Cövdət Nəsimi modern.az-a müsahibəsində deyib. O bildirib ki, görkəmli şairin məzarının təmirə ehtiyacı var: “Həmin yerdə təkcə Nəsiminin məzarı yerləşmir. Demək olar ki, Nəsiminin ən yaxınlarının da məzarı ordadır. Mənim atamın qəbri də Nəsiminin məqbərəsindədir. Müharibənin ən qızğın vaxtlarında görürdük ki, terrorçular Nəsiminin məqbərəsini, onun ətrafındakı qəbirləri dağıtmaq istəyirlər. Hazırda məqbərə və ətrafdakı məzarlarda çatlar, dağıntılar var. Biz Nəsiminin məqbərəsindəki qəbirlərin hamısının qeydinə qalır, onları mühafizə etməyə çalışırıq. Məzarlığın təmir xərcləri çox bahadır. Biz Nəsiminin qohumları olaraq, təmir xərclərini tam qarşılaya bilmirik”. Bəşşar Nəsimi bin Əhməd Cövdət əlavə edib ki, Suriyada Nəsimini Azərbaycan şairi kimi tanıyıb sevirlər. https://www.youtube.com/watch?v=eIxB_7CRpHQ

Oxunma sayı: 7260

Oxşar yazılar