Türkiyə silah istehsalında bir ilkə imza atdı – Foto

  • 10:55 - 28 Yanvar
Türkiyə dünyada ən ağır yük daşıyacaq Pilotsuz Uçan Aparat (PUA) layihəsini hazırlayır. Bu layihə yaxın aylarda başa çatacaq. Avropa.info xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə daha geniş məlumat verib. “Hazırda silah daşımaq qabliyyətinə malik olacaq ən böyük PUA hazırlanır və yaxın bir neçə ay ərzində layihə başa çatacaq. Bu layihə dünyada bir örnək olacaq”, - Ərdoğan deyib. Onun sözlərinə görə, bu PUA-lar havada uzun müddət qalmaq qabliyyətinə malikdir. Bu PUA-lar üzərində 5 ton ağırılığında, 900 kq faydalı yük, 450 kq daxili faydalı yük daşımaq qabliyyətinə malik olcaq. Tamamilə Türkiyə məhsulu olacaq PUA-lar üzərində nüvə və idarəolunan bombalar da daşıya biləcək. Yeni PUA-lar havada 24 saat qala biləcək. Layihənin yenilikləri bununla bitmir. PUA-da yerləşdiriləcək elektron dəstək sistemi əsasında kosmik xəbərləşmə, hava radarları, maneə təsbitetmə radaralarını təsbitetmə mexanizmi kimi çox faydalı avadanlıqlar və sistemlər yerləşdiriləcək. PUA-ya quraşdırılacaq bu avadanlıqlar havada daha çevik hücum etmə və hədəfi məhvetmə qabliyyətinə malik olacaq. Nəticədə yeni PUA-lar bombardmançı hücum təyyarələrinin yükünü azaltmış olacaq. Avropa.info

Oxunma sayı: 7216

Oxşar yazılar