Məşhur azərbaycanlı döyüşçü vəfat etdi

  • 21:47 - 27 Yanvar
Məşhur azərbaycanlı idmançı MMA və Sambo idman növü üzrə turnirlərin qalibi olmuş Xamis Məmmədov vəfat edib. Avropa.info axar.az-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl Bakıda xəstəxanaya yerləşdirilən idmançının həyatını xilas etmək mümkün olmayıb. Xamis Məmmədovun aldığı xəsarətdən və ya xəstəlik nəticəsində vəfat etdiyi məlum deyil. O, bu gün doğulduğu Sabirabad rayonun Şıx Salahlı kəndində dəfn olunub. Qeyd edək ki, Xamis Məmmədov yeganə azərbaycanlı idmançıdır ki, Həbib Nurməhəmməovu məğlub edib. Həmin döyüş 2007-ci ildə baş tutub.

Oxunma sayı: 6270

Oxşar yazılar