Zaqatalada 38 yaşlı qadın intihara cəhd edib.
Hadisə rayonun Lahıc kəndində baş verib.
Kənd sakini, 1981-ci il təvəllüdlü Gülşən Muxtar qızı Balabəyeva yaşadığı ünvanda ailə münaqişəsi zəmnində intihar etmək məqsədi ilə bir-neçə dərman qəbul edib. G. Balabəyeva yaxınlarının köməkliyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Xəstəxanadan “Report”a bildirilib ki, həkim müdaxiləsindən sonra G. Balabəyevanın vəziyyəti stabilləşib, müalicəsi Reanimasiya şöbəsində aparılır.