ABŞ-da atışma zamanı 5 nəfər ölü

  • 11:27 - 27 Yanvar
ABŞ-ın Luiziana ştatında atışma nəticəsində 5 nəfər ölüb. Bu barədə "Associated Press" məlumat yayıb. Bildirilir ki, şənbə günü səhər Yeni Orleandan qərbdə iki yerdə atışma qeydə alınıb. Livinqston dairəsində silahlı insident nəticəsində 3 nəfər, Asensyon dairəsində 2 nəfər öldürülüb. Polis bu iki hadisənin bir-biri ilə əlaqəli olduğunu güman edir. Şübhəli bilinən 21 yaşlı şəxs azadlıqdadır, o silahlı və təhlükəlidir, onu polis axtarır.       report

Oxunma sayı: 4719

Oxşar yazılar