Qazaxda 62 yaşlı qadını avtomobil vurub

  • 20:30 - 25 Yanvar
Qazax rayonunda 62 yaşlı qadını avtomobil vurub. Qazax şəhər sakini, 1957-ci il təvəllüdlü Xanım Əsgər qızı Abdullayevanı yolu keçərkən avtomobil vurub. Yaralı hadisəni törədən sürücü tərəfindən Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb. Sol mil sümüyünün sınığı diaqnozu ilə müalicə alan qadının vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.       report

Oxunma sayı: 5720

Oxşar yazılar