Malidə BMT sülhməramlılarına hücum olub, ölən və yaralananlar var

  • 19:02 - 25 Yanvar
BMT-nin Malidə Sabitləşmə Missiyasına (MİNUSMA – United Nations Multidimensional İntegrated Stabilization Mission in Mali) məxsus karvan ölkənin Duentza şəhəri yaxınlığından keçərkən minanın partlaması nəticəsində 2sülhməramlı hərbçi ölüb, bir neçə nəfər isə yaralanıb. Bu barədə BMT missiyasının məlumatında bildirilib. Qeyd edək ki, MİNUSMA missiyası Malidə tuareq üsyanından sonra vəziyyəti sabitləşdirmək məqsədilə 2013-cü ilin 25 aprel tarixində təyin olunub.           report

Oxunma sayı: 8745

Oxşar yazılar