İrandan rəsmi Moskvaya ittiham: "Rusiya şərait yaratdı, İsrail vurdu"

  • 18:00 - 25 Yanvar
İran İsrailin Suriyanı vurduğu zaman Rusiyanın S-300 hava hücumundan müdafiə sistemləri fəaliyyətini dayandırıb. Avropa.info xəbər verir ki, bu ittihamla İran parlamentinin Beynəlxalq təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Fəlahətpişə deyib. "Sionist rejimin Suriyaya hava hücumu zamanı S-300 hava hücumundan müdafiə sistemlərinin fəaliyyətini dayandıran Rusiya ciddi şəkildə tənqid olunmalıdır", -deyə o bildirib. İranın rəsmi xəbər agentliyi IRNA-ya açıqlama verən Fəlahətpişə İsrail ordusunun bu həftənin əvvəlində Suriya ərazisində SEPAH-ın mövqelərinə qarşı etdiyi hava hücumları ilə bağlı Moskvanı günahlandırıb. "Rusların S-300 sistemleri faal olsaydı, sionist rejim Suriya topraqlarına rahatlıqla hücum edə bilməzdi", - İran rəsmisi deyib. Fəlahətpişə, İsrailin Suriyaya hücumlarının Moskvanın koordinasiyası ilə gerçəkləşdirildiyini  söyləyib.

Oxunma sayı: 11077

Oxşar yazılar