“Human Rights Watch” Ermənistanda insan hüquqları sahəsində problemlər haqqında: məişət zorakılığı, cinsi azlıqlara qarşı zorakılıq...

  • 12:14 - 18 Yanvar
Ermənistanın yeni hökuməti bütün saxlanılan şəxslərin hüquqlarına hörmət etməli və məhkəmə orqanlarının müstəqilliyini təmin etməlidir. Avropa.info Trend-ə istinadən xəbər verir ki, bu barədə "Human Rights Watch" təşkilatının "World Report 2019" hesabatında deyilir. Hesabatda qeyd olunur ki, yeni hökumət 2008-ci ilin martında baş vermiş toqquşmalarla bağlı araşdırmaları bərpa edib və o dövrün prezidenti Robert Koçaryan və iki komandir barəsində ittihamlar irəli sürüb. Hesabata əsasən, Ermənistanda insan hüquqları ilə bağlı problemlər arasında məişət zorakılığı, cinsi azlıqlara qarşı zorakılıq və ayrı-seçkilik, fiziki məhduiyyətli uşaqların keyfiyyətli təhsilə çıxış imkanlarının azlığı yer alır. Müəlliflər vurğulayır ki, seçki ərəfəsində ölkədə siyasi partiyalar və bəzi siyasətçilər geniş yayılmış homofobiya amilindən istifadə etməyə çalışır və öz çıxışlarında alçaldıcı açıqlamalar səsləndirirdi. "Human Rights Watch" qeyd edib ki, Ermənistanda bir sıra uşaq tədris müəssisələrinin təkmilləşdirildiyi bir vaxtda bu cür proqramlar digər uşaqlarla yanaşı, əlil uşaqlar əhatə etməyib: "Mövcud qanunvericilik psixososial və əqli pozuntuları olan şəxsləri cəmiyyətdə hər hansı bir fəaliyyətə qoşulması imkanından məhrum edir. Ölkədə bu cür şəxslərin yardım əldə edə bilmək imkanı verən qaydalar sistemi mövcud deyil".  

Oxunma sayı: 165660

Oxşar yazılar