Nigeriyada yük maşını bazarda insanların üstünə sürülüb: 20 nəfər ölüb

  • 23:30 - 13 Yanvar
Nigeriyanın Ekiti ştatında yük maşınının bazarda insanların üstünə sürülməsi nəticəsində 20 nəfər ölüb. Trend-in yerli Daily Post dərcinə istinadən verdiyi məlumata əsasən, hadisə İvoroko şəhərinin mərkəzində baş verib. Ehtimal olunur ki, hadisəyə səbəb maşının əyləc sisteminin işləməməsi olub.
İnsanları vurmazdan öncə yük avtomobili 2 maşınla toqquşub.

Oxunma sayı: 7095

Oxşar yazılar