Uqandada yük maşını qəzaya uğrayıb: 14 ölü

  • 23:12 - 13 Yanvar
Uqandanın Pakvaç dairəsində təxminən 30 nəfəri daşıyan yük maşını qəzaya uğrayıb. Trend-in məlumatına görə, qəza nəticəsində azı 14 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb. Yaralananlar xəstəxanalara yerləşdirilib.   Məlumata əsasən, ölənlərin sayı arta bilər, çünki xəsarət alanların əksəriyyətinin vəziyyəti ağırdır. Bildirilir ki, qəza yük maşının sürücüsünün idarəetməni itirməsi səbəbindən baş verib.

Oxunma sayı: 9757

Oxşar yazılar