İsrail Xarici İşlər Nazirliyində partlayış - Xəsarət alanlar var

  • 20:00 - 13 Yanvar
İsrail Xarici İşlər Nazirliyinin (XİN) binasında gözyaşardıcı qaz qumbarası partlayıb. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Qüds polisi məlumat yayıb. Bildirilib ki, olay nəticəsində binada olan bir neçə mühafizəçi xəsarət alıb. İlkin ehtimala görə, partlayış qaz qumbaralarının saxlanıldığı anbarda baş verib. Gözyaşardıcı qazın binanın digər otaqlarına yayılmaması üçün əməkdaşlara kondisionerləri söndürmək barədə tapşırıq verilib. İnsanların binadan təxliyəsinə isə ehtiyac olmayıb.

Oxunma sayı: 5786

Oxşar yazılar