Fransa: “sarı jiletlilər”in növbəti aksiyasında 32 min nəfər iştirak edir

  • 20:21 - 12 Yanvar
“Sarı jiletlilər”in bu gün Fransanın müxtəlif şəhərlərində keçirilən növbəti etiraz aksiyalarında 32 min nəfər iştirak edir. Parisin küçə və meydanlarına isə 8 min etirazçı çıxıb. Avropa.info xəbər verir ki, bu barədə BFM telekanalı güc strukturlarından aldığı qeyr-rəsmi informasiyaya istinadla məlumat yayıb. Telekanal qeyd edir ki, ötən şənbə aksiyalarına nisbətən iştirakçıların sayında xeyli artım var. Bir həftə əvvəl ölkədə nümayişə 26 min, Parisdə isə 2 min nəfər çıxmışdı. Hazırda Parisdə Zəfər Tağının yaxınlığında yerləşən prospektlərdə nümayişçilərlə polis arasında qarşıdurma yaşanır. Polislər və jandarma onlara atılan daşlara gözyaşardıcı qaz və su şırnaqları tətbiq etməklə cavab verirlər. Son məlumata görə, səhərdən indiyədək paytaxtda 59 nəfər saxlanılıb.

Oxunma sayı: 6864

Oxşar yazılar