Türkiyənin Hatay bölgəsində su anbarında baş verən qəza ciddi problemlər yaradıb

  • 21:40 - 12 Yanvar
Türkiyənin Hatay bölgəsində yerləşən Taxtakörpü su anbarında qəza baş verib. Avropa.info xəbər verir ki, qəzaya səbəb bölgədə yağan güclü yağış olub. Nəticədə Hassa ve Kırıkhan rayonlarında yaşayış evlərini və tarlaları su basıb. Hatay hava limanının giriş-çıxış yollarında nəqliyyatın hərəkəti çətinləşib. Karasu çayında suyun səviyyəsinin sürətlə artması ciddi təhlükələr yaradıb. Qəzanın fəsadlarının aradan qaldırılması üçün tədbirlər görülür.

Oxunma sayı: 8173

Oxşar yazılar