Ərdoğan AKP-nin Trabzon üzrə namizədləri elan edib

  • 23:00 - 11 Yanvar
Cari il martın 31-də Türkiyədə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyaları genişlənməkdədir. Avropa.info xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Trabzon üzrə bələdiyyə seçkilərinə namizədlərinin adlarını açıqlayıb. Dövlət başçısı AKP-nin Trabzonda keçirilən mitinqində bu bölgədə həyata keçirilən iqtisadi islahatlardan, perspektivdə olan layihələrdən, ölkə üzrə problemlərin həllinə dair planlarından danışıb. Sonra Trabzon üzrə 19 rayon sədrliyinə namizədlərin adı açıqlanıb. Trabzonun 16 rayonunda bələdiyyə sədrliyinə iddialı olan AKP üç rayonda MHP-yə güzəşt edib. Trabzon Böyükşəhər bələdiyyəsi sədrliyinə Murat Zorluoğlunun namizədliyi irəli sürülüb. Qeyd edək ki, hakim AKP və müxalifətdən olan MHP bələdiyyə seçkilərinə “Cümhur ittifaqı”nda gedir.

Oxunma sayı: 9856

Oxşar yazılar