Şəmkirdə 2 nəfər körpüdən yıxılıb, biri ölüb

  • 22:33 - 10 Yanvar
Şəmkir rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Göygöl rayonunun Balçılı ərazisində yerləşən şadlıq saraylarının birindən çıxan Şəmkir rayon sakinləri - 1981-ci il təvəllüdlü Mehdixanov Ramin Məzahir oğlu və 1980-ci il təvəllüdlü Rəsulov Ramin Çoban oğlu rayonun Seyfəli kəndinə gedən yolda olan körpüdən yıxılaraq ağır xəsarət alıblar. Hər iki şəxs xəstəxanaya aparılsa da onlardan biri - R.Mehdixanov ölüb, digər şəxs isə ağır halda Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib. İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Oxunma sayı: 5951

Oxşar yazılar