Məhəmməd Əlinin 40 illik evini türklər aldı – Foto

  • 17:33 - 10 Yanvar
Amerikalı məşhur boksçu Məhəmməd Əlinin Miçiqan ştatında yerləşən 40 illik evi satılıb. Avropa.info publika.az-a istinadən xəbər verir ki, evi Mərkəzi Nyu-Yorkda yerləşən Türkiyə Gənclik və Təlim Xidməti Vəqfi (TÜRKEN) alıb. "Çikaqo Tribuna" qəzetində yer alan xəbərə görə, evi Məhəmməd Əlinin həyat yoldaşı Lonni Əli satıb. Evin 4 yataq otağı, boks rinqi də olan idman salonu, basketbol sahəsi və hovuzu var. Ev, ümumilikdə, 7 binadan ibarətdir. Qeyd edək ki, 2016-cı ildə dünyasını dəyişən Məhəmməd həmin evi 1970-ci illərdə 400 min dollara alıb. O bu evi hər kəsdən və hər şeydən uzaqda yaşamaq üçün istifadə edib. Məhəmməd Əlinin 40 illik evini türklər aldı - FOTO Məhəmməd Əlinin 40 illik evini türklər aldı - FOTO

Oxunma sayı: 2805

Oxşar yazılar