Quba-Xaçmaz yolunda baş vermiş ağır qəzada 4 nəfər öldü – Biri ölkə çempionudur – Foto (Yenilənib)

  • 17:28 - 10 Yanvar
Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayl 4-ə çatıb. Avropa.info report-a istinadən xəbər verir ki, qəzada xəsarət alan 1979-cu il təvəllüdlü Ramin Seyidəhmədov yerləşdirildiyi Quba rayon Mərkəzi Xəstəxanasında ölüb.
Qeyd edək ki, qəzada ölənlər Qasımov Coşqun Kamil oğluAbasov Zakir Eldəniz oğlu və Nahid Tarıverdiyevdir. Ölənlərin ikisinin xalaoğlu olduqları və 10-cu sinifdə oxuduqları bildirilib.
Qasımov Coşqun Boks üzrə Respublika çempionudur.
*** 14:35 Quba rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisə baş verib. Avropa.info Report-a istinadən xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun rayonun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. 2 avtomobilin toqquşması nəticəsində baş verən qəzada sürücü, Rustov kənd sakini, 1979-cu il təvəllüdlü Ramin Əlfəddin oğlu Seyidəhmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə zaman 3 nəfər faciəvi şəkildə ölüb. Ölənlər: Xaçmaz rayon sakinləri - Coşqun Kamil oğlu Qasımov, Zakir Eldəniz oğlu Abasov, Nahid Teymur oğlu Məmmədov. Faktla bağlı araşdırmalara başlanılıb.

Oxunma sayı: 6765

Oxşar yazılar