Etiraz aksiyası yüzlərlə avireysin təxirə salınmasına səbəb oldu

  • 13:08 - 10 Yanvar
Almaniyanın Ştutqart, Köln, Bonn və Düssüldorf hava limanlarında təhlükəsizlik xidmətinin işçilərinin etiraz aksiyasının keçirməsi nəticəsində yüzlərə reys təxirə salınıb. Avropa.info xəbər verir ki, Düsseldorfda 570 aviareysdən 350-si, Köln, Bonnda 130-dan çox, Ştutqart hava limanında isə 500-dək aviareys təxirə salınıb. Aviareyslərin təxirə salınması 110 min sərnişinə təsir edəcək. Aeroport işçilərinin tətili yanvarın 11-dək davam edəcək və onlar əmək haqqılarının qaldırılmasını tələb edirlər. Analoji etiraz aksiyaları Berlin aeroportlarında da keçirilib. Avropa.info

Oxunma sayı: 7744

Oxşar yazılar