Zərdab sakinləri həkim Vüsalə İbadovaya təşəkkür etdi – Foto

  • 12:56 - 10 Yanvar
Zərdab rayonun bir qrup sakini həkim Vüsalə İbadovaya təşəkkür edib. Avropa.info-ya göndərdikləri məktubda Vüsalə xanımın bacarıqlı həkim olmasından söz açılır, onun qayğıkeşliyi üçün minnətdar olduqlarını bildirirlər. "Analara isti körpə dünyası bağışlanılmasına səbəb olan həkim Vüsalə. Bu qayğılı dünyamızda ailələrə sevinc, sevgi, körpə qığıltısı, körpə nəfəsi bəxş edilməsinə səbəb olan Vüsalə xanıma bütün anaların dilindən Allahdan sevinc, sevgi payı diləyirəm. Qoy həmişə sənəti, ailəsində xoşbəxt sevgisi, insanlarımızın ona bəslədiyi məhəbbəti ilə fəxr etsin. Qoy bu fəxr, bu qürur hissi daxilində və zahirində birləşən gözəlliyinə qovuşub, həmişə onu sevənləri salamlasın. Böyük ehtiramla cərrah-mama-ginekoloq Vüsalə İbadovaya şairə Ülviyyə Bahirrın ona həsr etdiyi şeiri təqdim edirik: Körpə məhəbbətdir, saf eşq, diləkdir, Ananın qəlbində vuran ürəkdir. Bir gün bu aləmə işıq gərəkdir, Həkimdir ananın yalnız dayağı".

Oxunma sayı: 9966

Oxşar yazılar