Gürcüstündakı səfriliyimizdən Tiflisdəki ağır qəza ilə bağlı açıqlama – Foto

  • 11:37 - 10 Yanvar
Tiflisdə təcili tibbi yardım maşının törətdiyi qəza nəticəsində bir azərbaycanlı ölüb, 10 azərbaycanlı isə yaralanıb. Avropa. info xəbər verir ki, Tiflisin mərkəzi Çavçavadze prospektində təcili tibbi yardım maşınının qəza törətməsi nəticəsində ölən və xəsarət alanlar arasında Gürcüstanda yaşayan azərbaycanlılar da var. Azərbaycanın Gürcüstandakı Səfirliyinin konsulluq məsələləri üzrə birinci katibi Elçin Məmmədov mətbuata açıqlamasında deyib ki, hadisə ilə bağlı səfirlik nümayəndələri araşdırma aparıb və hadisə yerində olublar: “Hadisə təcili tibbi yardım avtomobilinin sürücüsünün yuxulu olması nəticəsində baş verib. Nəticədə 11 nəfər Azərbaycan əsilli Gürcüstan vətəndaşı dünən səhər saat 07:50-də işlədikləri tikinti şirkətinə daxil olarkən təcili yardım avtomobilinin sürücüsü sükan arxasında yatdığından avtomobili həmin şəxslərin üstünə sürüb. Hadisə nəticəsində 1 soydaşımız dünyasını dəyişib, 10 nəfər ağır xəsarət alıb”. Şəxsən hadisə yerində olaraq xəsarət alanlarla görüşdüyün deyən diplomat bildirib ki, ölən və xəsarət alanlar Gürcüstan vətəndaşlarıdır. “Yəni Azərbaycan əsilli Gürcüstan vətəndaşlarıdır. Dünyasını dəyişən şəxs Bolnisi rayon sakinidir. Mərhumun dəfn mərasimi bu gün olacaq. Yaralananlar isə Bolnisi və Marneuli rayon sakinləridir. Mətbuatda həmin şəxslərin Azərbaycan vətəndaşları olması barədə yanlış məlumat verilib. Hadisə ilə bağlı bütün məsələlər nəzarətimizdədir. Hadisə ilə bağlı Gürcüstanın Daxili İşlər Nazirliyində oldum və məsələ ilə Azərbaycan tərəfinin maraqlandığını bildirdim. Biz hadisəni törədən şəxsin qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını diqqətdə saxlayacağıq”,- E. Məmmədov bildirib. Gürcüstan mediasının yazdığına görə, ölən Bolnisi rayon sakini 27 yaşlı Babək Həsənovdur. 23 yaşlı Kamil Əliyev və Sahib Xansultanovun vəziyyəti daha ağırdır. Onlar ağır kəllə-beyin travması alıblar. Gürcüstan Daxili İşlər Nazirliyində faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır. Qəzaya düşən azərbaycanlılar "Redix" firmasında işləyirmişlər. Avropa.info

Oxunma sayı: 5764

Oxşar yazılar