"Ərdoğan Boltonu alçaltdı, biz yemək istəmədiyimiz şapalaqı yedik" - ABŞ-ın keçmiş müdafiə naziri

  • 11:41 - 10 Yanvar
"Milli Təhlükəsizlik müşaviri Boltonun Türkiyədə keçirdiyi görüşlər ABŞ üçün aşağılayıcı idi . Ərdoğan onu alçaltdı". Avropa.info xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş müdafiə naziri Chuck Hagel CNN telekanalına açıqlamasında deyib. Ağ Evin Milli Təhlükəsizlik müşaviri Con Boltonun Türkiyədən PKK/YPG üçün təminat almadan ABŞ-ın Suriyadan çəkilməyəcəyi haqda açıqlamalarını dəyərləndirən Hagel, bu açıqlamanın yanlış olduğunu deyib: "Milli Təhlükəsizlik müşaviri Boltonun Türkiyədə keçirdiyi görüşlər ABŞ üçün aşağılayıcı idi . Ərdoğan onu alçaltdı. Onunla danışmadı, çünki Bolton bizim Suriyadan çəkilməyimiz üçün Türkiyəyə tələblər irəli sürdü. Biz "bunu etmədən əvvəl bir ölkə bunu etməlidir" deyərkən çox diqqətli olmalısınız. Bu, qürur məsələsidir və xarici siyasətin başqa ölçüləri üzərindən yemək istəmədiyiniz şapalaqları yeirsiniz. Bu təhlükəli və çaşdırıcıdır. Böyük məsələlər üçün müttəfiqlərlə ortaq bir yol tapmaq lazımdır" - Chuck Hagel belə deyib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı 2002-ci ildən tanıdığını bildirən Hagel, Ərdoğanın dəfələrlə PKK/YPG-nin Türkiyə üçün təhdid olduğunu söylədiyini deyib. "Buna inanmaya bilərsiniz, elə deyil, birinci təhdid İŞİD-dir deyə bilərsiniz, amma Türkiyənin dəyərləndirməsi budur", deyə Hagel qeyd edib.

Oxunma sayı: 8536

Oxşar yazılar