İŞİD və YPG terrorçuları arasında hərbi toqquşma – 5 britaniyalı hərbçi öldü

  • 11:01 - 10 Yanvar
Britaniyalı hərbçilər Fərat çayından şərqdə, YPG ilə İŞİD terrorçuları arasındakı toqquşma zamanı ölüb. Avropa.info xəbər verir ki, bu barədə “Al-Vatan” qəzeti yazıb. Mətbu orqanının yazdığına görə, beynəlxalq koalisiyanın tərkibində döyüşən beş britaniyalı hərbçi İŞİD terroçuları ilə toqquşma zamanı ölüb. İŞİD terrorçuları qum fırtınasından istifadə edərək, əş-Şefa qəsəbəsi yaxınlığında YPG terrorçularına qarşı əks hücuma keçiblər. Qeyd edək ki, bu qəsəbə ötən həftənin sonu YPG terrorçuları tərəfindən işğal edilib. Britaniyalı hərbçilər də YPG-yə hərbi yardım edib. Hərbi toqquşma zamanı bir neçə britaniyalı hərbçi yaralanıb və onlar Haseke şəhərindəki hospitala yerləşdiriliblər. Avropa.info

Oxunma sayı: 6259

Oxşar yazılar