Qubada ticarət mərkəzindəki yanğın söndürüldü – Video (Yenilənib)

  • 13:23 - 10 Yanvar
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Quba şəhərində mağazada yanğın olması barədə məlumat daxil olub. Avropa.info FHN-nin saytına istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. Yanğın saat 10:03-də yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək. *** 11:29 Quba rayonunda "Birja" ticarət mərkəzində baş verən yanğın söndürülüb. 
Avropa.info Report-a istinadən xəbər verir ki, hadisə yerinə 6 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.
İlkin məlumatlara görə, yanğın zamanı xəsarət alan olmayıb. Yanğın nəticəsində sahibkarlara dəymiş ziyan araşdırılır.
*** 10:55 Quba rayonunda "Birja" ticarət mərkəzində yanğın başlayıb. Report-un xəbərinə görə, rayon mərkəzində yerləşən ticarət mərkəzində hələlik məlum olmayan səbəblərdən yanğın olub. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğın zamanı 4-dən artıq mağaza yanıb. Hadisə yerinə Quba Rayon Polis Şöbəsinin rəisi və rayon prokurorluğunun əməkdaşları gəlib. Yanğının başvermə səbəbləri araşdırılır. https://www.youtube.com/watch?v=kerHjC7EtyA

Oxunma sayı: 6798

Oxşar yazılar