Azərbaycan sülhməramlıları bu ay Cənubi Sudana yollanacaq

  • 10:51 - 10 Yanvar
Bu ay Azərbaycan Cənubi Sudana sülhməramlı göndərəcək. 
Avropa.info xəbər verir ki, hərbi qulluqçularımızın yanvar ayının sonunadək Cənubi Sudanın paytaxtı Cuba şəhərinə ezam olunması nəzərdə tutulub. 4 nəfərlik heyət BMT sülhməramlıları missiyası tərkibində olacaq. Onlardan 3-ü zabit, 1-i isə müşahidəçi qismində təmsil olunacaq.
Qeyd edək ki, ötən il noyabrın 30-da Milli Məclisin plenar icasında “Azərbaycan Ordusunun 4 nəfərdən ibarət hərbi heyətinin "qərargah zabit" və "hərbi müşahidəçi" qismində BMT-nin komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında” qanun layihəsi qəbul olunub.

Oxunma sayı: 4675

Oxşar yazılar