Türkiyədə ilk 8 təkərli hərbi zirehli avtomobil istehsal olunub (FOTO)

  • 00:01 - 10 Yanvar
Türkiyənin Mersin vilayətində "Derman" adlı yerli istehsallı ilk 8 təkərli hərbi zirehli yük nəqliyyat vasitəsinin nümunəsi hazırlanıb. Trend-in məlumatına görə, hərbi zirehli yük avtomobilinin ilk nümunəsinin hazırlanmasına 2016-cı ildə başlanılıb.
Hərbi nəqliyyat vasitəsinin istehsalı prosesində 40-a yaxın türk mühəndis iştirak edib. Sınaqdan sonra "Derman"ın silsilə istehsalı təşkil ediləcək və Türkiyə ordusunun silahlanmasına daxil ediləcək.

Oxunma sayı: 6952

Oxşar yazılar