Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib

  • 19:16 - 09 Yanvar
Ankaranın Kahramankazan rayonunda sərnişin avtobusu ağır tonnajlı yük maşını ilə toqquşub. Avropa.info xəbər verir ki, hadisə avtobus sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verib. Adapazarı-Ankara marşrutu ilə şəhərlərarası hərəkətdə olan avtobusun sürücüsü həlak olub. Səkkiz sərnişin yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı istintaq başlanıb.

Oxunma sayı: 7447

Oxşar yazılar