![](/ckfinder/userfiles/2019/01/79f4bf45-01c4-41be-ba4d-08983ae3ca131.jpg)
“Xalq Bank”ın səhmdarı ləğv olunur
- 16:48 - 09 Yanvar
“Xalq Bank” ASC-nin səhmlərinin 16,15%-nə nəzarət edən “Amal Invest Group” MMC ləğv olunduğunun elan edib.
Bu barədə Vergilər Nazirliyi xəbər verir. Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 ünvanına bildirə bilərlər. Qeyd edək ki, bu ünvanda həm də “PAŞA Holdinq” MMC dövlət qeydiyyatından keçib.