Ermənilər Rusiya kanalında rus qəhrəmanı lağa qoydu – Video

  • 15:14 - 09 Yanvar
Əməkdaşlarının demək olar ki, 80 faizi ermənilərdən ibarət olan Rusiyanın TNT telekanalında yayımlanan “Komedy Vomen” yumor verilişində Böyük Vətən müharibəsi generalı lağa qoyulub. Axar.az xəbər verir ki, sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilən videoda şou iştirakçıları rusiyalı general, Böyük Vətən müharibəsi qəhrəmanı Dmitri Mixayloviç Karbışevi istehza ilə məsxərəyə qoyublar. Müharibə vaxtı yaralı halda əsir düşən generalı almanlar öz tərəflərinə çəkmək arzusunda olub. Çünki o, ən yaxşı hərbi mühəndislərdən biri sayılıb. Onun alman zabitinə cavabı isə belə olub: “Mənim inancım düşərgə rasionunda vitamin çatışmazlığına görə tökülən dişlərimlə birlikdə yoxa çıxmır. Mən əsgərəm və vəzifəmə sadiq qalıram. Vəzifəm isə mənə vətənimlə müharibə şəraitində olan ölkəyə işləməyi qadağan edir”. Karbışevin onlara işləməyəcəyini anlayan almanlar generalı 1945-ci ilin fevralında şaxtalı havada üzərinə buzlu su tökməklə vəhşicəsinə edam ediblər. Qeyd edək ki, şounun prodüser və yaradıcısı erməni Natalya Yeprikyan, “TNT Holdinq”in baş direktorunun birinci müavini isə Artur Canibekyandır. Canibekyan kompaniyanın strategiyasına cavabdeh şəxsdir. 2016-cı ildə Ermənistanda Artur Canibekyan “Vətən qarşısında xidmətlərinə görə” medalı ilə təltif olunub. https://www.youtube.com/watch?v=waxkoHnOHs8

Oxunma sayı: 8910

Oxşar yazılar