Emin Hüseynov: “Mehman gündə yarım çörək yeyir” – Video

  • 14:17 - 09 Yanvar
Azərbaycandan qaçaraq xaricə sığınan Emin Hüseynov adlı radikal həbsdə olan qardaşı, blogger Mehman Hüseynovun gün ərzində yarım çörək yediyini deyir. 
"Youtube" kanalında canlı yayıma çıxan Hüseynov israr edir ki, qardaşı yarım çörək yesə də, aclıq aksiyası keçirir.
O, bunu belə əsaslandırır: tutaq ki, Mehman əvvəllər gündə bir bütöv çörəyi yeyirdi, indi isə yarısını, bunu aksiya hesab etmək olar. Necə? Mehman həm yeyir, həm də aclıq edir? Bu necə mümkündür? Bəli, mümkün olmadığı kimi, həm də gülüncdür. Dünən hüquq müdafiəçilər ilə görüşən Mehman Hüseynovun isə qardaşından fərqli olaraq, yeməyindən və saxlanma şəraitindən şikayəti yoxdur. Görüşdə iştirak edən hüquq müdafiəçiləri Əliməmməd Nuriyev və Sahib Məmmədovun sözlərinə görə, M.Hüseynovun narazılığı yoxdur, səhhəti həkim nəzarətindədir. Eyni zamanda ona vitaminli sistem tətbiq olunacaq ki, sağlamlığı daha da yaxşılaşsın. Aclıq aksiyasından isə söhbət gedə bilməz.
[embed]https://www.youtube.com/watch?v=VlfIADdseIw[/embed] azvision.az

Oxunma sayı: 6050

Oxşar yazılar