Son dəqiqə: Ölkədə həyəcan yaşandı – 14 ölkənin konsulluğuna şübhəli paket göndərildi

  • 12:16 - 09 Yanvar
Avstraliyanın Melburn və Kanberra şəhərlərində yerləşən ən azı 14 konsulluq binasına şübhəli paket göndərilib. Avropa.info xəbər verir ki, şübhəli paketin bu şəhərlərdə yerləşən ABŞ, BƏƏ, İsveçrə, Almaniya, Cənubi Koreya, Yunanıstan, İtaliya, Pakistan, Yeni Zelandiya, İspaniya və Misir səfriliklərinə göndərildiyi müəyyən olunub. Baş verən hadisəyə görə bu ölkələrin konsulluq əməkdaşları təxliyyə edilib. Avstraliya polisi şübhəli paket xəbərinə görə hadisə yerinə bomba zərərsizləşdirənlər qrupunu göndərib. Melburn şəhərinə 18 şübhəli paket göndərilməsi xəbəri yayılıb. Avstraliya federal polisinin yaydığı açıqlamada konsulluğa göndərilən paketlərin incələndiyi bildirilib. Avstraliya mətbuatı şübhəli paketlərdən birinin Türkyə konsulluğuna da göndəriliyini yazıb. Paketin içərisində ağ rəngli təhlükəli bir maddə ola biləcəyindən şübhələnirlər.  

Oxunma sayı: 15543

Oxşar yazılar