Bakıda səhər saatlarında bir ailəni məhv edən partlayış bu evdə olub – Foto (Yenilənib)

  • 10:21 - 09 Yanvar
Xəbər verdiyimiz kimi, Yasamal rayonunda ümumi sahəsi 72 m² olan birmərtəbəli 2 otaqlı, taxta konstruksiyalardan ibarət evdə yanğınla nəticələnən partlayış baş verib.  İlkin məlumata görə, Aydın Məmmədov və xanımı Xuraman Məmmədova yanaraq, qızları Aygün isə tüstüdən boğularaq ölüblər. Qonşular bildiriblər ki, ailənin Aygündən başqa iki qızı da var, onlar ailə qurub: Evin yiyəsi Aydın Məmmədov "Hacı" idi, təzəlikcə ürəyindən əməliyyat olunub, heç yerdə işləmirdi. Onların evi plana düşsə də, verilən kompensasiya ilə razılaşmadıqları üçün köçmədilər, evdə yaşamağa davam edirdilər. Gördüyünüz kimi, buradakı tikililərin çoxu sökülüb". Qonşular, həmçinin qeyd edib ki, dünən ərazidə qazın verilməsində bir neçə dəfə fasilələr olub. Avropa.info qafqazinfo-ya istinadən partlayışın baş verdiyi evdən fotoları təqdim edir: Bakıda səhər saatlarında bir ailəni məhv edən PARTLAYIŞ BU EVDƏ OLUB - FOTO Bakıda səhər saatlarında bir ailəni məhv edən PARTLAYIŞ BU EVDƏ OLUB - FOTO Bakıda səhər saatlarında bir ailəni məhv edən PARTLAYIŞ BU EVDƏ OLUB - FOTO Bakıda səhər saatlarında bir ailəni məhv edən PARTLAYIŞ BU EVDƏ OLUB - FOTO *** Bakıda partlayış olub. Avropa.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə yanvarın 9-da səhər saat 4 radələrində Yasamal rayonunda baş verib. Partlayış ikimərtəbəli yaşayış binasında qaz sızmasından qeydə alınıb. Hadisə nəticəsində mənzildə yaşayan ana və iki övladı vəfat edib. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Oxunma sayı: 9009

Oxşar yazılar