Türkiyədə gəmidə baş verən qəza zamanı itkin düşən dənizçilərdən daha iki nəfərin meyiti tapılıb

  • 21:30 - 08 Yanvar
Türkiyənin Samsun şəhəri yaxınlığında “Volgabalt 214” gəmisində baş verən qəzanın nəticələrinin aradan qaldırılması və itkin düşən dənizçilərin axtarışı ilə bağlı müvafiq qüvvələr hadisə yerinə cəlb olunub. Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi hadisə baş verən andan fasiləsiz olaraq, Türkiyənin Samsun şəhərinin Dəniz Axtarış Xilasetmə Mərkəzi ilə əlaqə saxlayır. Dövlət Dəniz Agentliyinin mətbuat xidmətindən Avropa.info-ya bildiriblər ki, son məlumata əsasən həyata keçirilən axtarış–xilasetmə tədbirləri nəticəsində itkin düşən dənizçilərdən daha 2 nəfərin meyiti tapılaraq sudan çıxarılıb. Hazırda dənizçilərin şəxsiyyətinin müəyyən oluması prosesi həyata keçirilir. İctimaiyyətə ətraflı məlumat veriləcək.

Oxunma sayı: 7832

Oxşar yazılar