ABŞ Avropa İttifaqının Vaşinqton ofisinin statusunu aşağı saldı

  • 20:55 - 08 Yanvar
Donald Tramp administrasiyası Avropa Birliyinin ABŞ-dakı Nümayəndəliyinin diplomatik statusunu aşağı salıb. Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, ABŞ bu addımı Brüsselə heç bir xəbərdarlıq etmədən atıb. Mətbuat bu addımın AB rəhbərliyi tərəfindən yaxşı qəbul edilmədiyini yazıb. İddialara görə, AB nümayəndəliyinin diplomatik statusu 2018-ci ilin noyabrında aşağı salınıb. Məhz bu tarixdə nümayəndəliyin rəhbərliyi Vaşinqtonda keçirilən bir sıra tədbirlərə dəvət almayıb. Bundan sonra nümayəndəlik əməkdaşları ABŞ Dövlət Departamentinə müraciət etsələr də, orada məlumat verməyi unutduqlarını deyiblər. Qeyd edək ki, AB-nin Vaşinqton Nümayəndəliyi 1965-ci ildən bu yana mövcuddur.

Oxunma sayı: 7601

Oxşar yazılar