“Arsenal” İngiltərə kubokunun onaltıdabir finalında “Mançester Yunayted” ilə qarşılaşacaq

  • 21:12 - 08 Yanvar
Futbol üzrə İngiltərə kubokunun (FA Cup) onaltıdabir final mərhələsinin püşkü atılıb. Avropa.info xəbər verir ki, onaltıdabir finalda London təmsilçisi “Arsenal” klubu “Mançester Yunayted” ilə qarşılaşacaq. “Mançester Siti” komandası “Börnli” ilə üz-üzə gələcək. “Çelsi”nin rəqibi “Luton” - “Şeffild Uensdi” qarşılaşmasının qalibi olacaq. “Tottenhem” isə növbəti mərhələyə vəsiqə uğrunda “Kristal Palas”ı mübarizədən kənarlaşdırmağa çalışacaq. Onaltıdabir final mərhələsinin digər qarşılaşmalarında aşağıdakı komandalar görüşəcəklər: “Uimbldon” - “Vest Hem Yunayted”; “Akkrinqton Stenley” - “Southemton” / “Derbi”; “Barnet” - “Brentford” “Bləkbörn Rovers” / “Nyukals” - “Vatford”; “Brayton Hove Albion” - “Vest Bromviç Albion”; “Bristol Siti” - “Bolton Uoanderers”; “Donkaster Rovers” - “Oldhem Atletik”; “Midlsburq” - “Nyuport Kaunti”; “Milvol” - “Everton”; “Portsmut” - “Kuins Park Reyncers”; “Stouk Siti” - “Volverhempton”; “Suonsi Siti” - Qillinqhem”. İngiltərə kubokunun onaltıdabir final mərhələsinin oyunları yanvarın 26-da Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Xatırladaq ki, İngiltərə kubokunun hazırkı sahibi “Çelsi” klubudur. “Arsenal” bu titulu digər klublardan daha çox - 13 dəfə qazanıb.

Oxunma sayı: 13112

Oxşar yazılar