Ermənistanda da 10 nəfərdə “donuz qripi” tapıldı

  • 19:16 - 08 Yanvar
Ermənistanda 10 nəfərdə “donuz qripi” aşkar edilib. Bu barədə Ermənistan KİV-ləri yazır. Ermənistan səhiyyə naziri səlahiyyətlərini icra edən Liana Torosyanhadisəyə münasibət bildirərək onu bəsitləşdirməyə çalışıb: “Gəlin, buna “donuz qripi" deməyək. Hazırda Avropada olduğu kimi, Ermənistanda da adi H1N1 virusu yayılıb”. Ermənistan Səhiyyə Nazirliyi bildirib ki, yanvarın 8-də "donuz qripi" simptomları ilə 642 vətəndaş poliklinikaya müraciət edib, onlardan 597-nə tənəffüs yollarının iltihabı diaqnozu qoyulub. Xatırladaq ki, Gürcüstanda A (H1N1) virusundan (“donuz qripi”) ölənlərin sayı 11-ə çatıb.

Oxunma sayı: 8162

Oxşar yazılar