Hüquq müdafiəçiləri Mehman Hüseynovla görüşdü – Foto

  • 15:00 - 08 Yanvar
Konstitusiya Arashdirmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov, Milli QHT Forumunun sədri Rauf Zeyni və hüquq müdafiəçisi Səadət Bənənyarlı hazırda həbsdə olan bloqqer Mehman Hüseynovla görüşüblər. Avropa.info xəbər verir ki, S.Məmmədov bu barədə sosial şəbəkədə məlumat verib. O, M.Hüseynovla çəkdirdiyi fotosunu “Mehmanın icazəsi ilə” qeydi ilə yayıb və sözügedən görüşün bir saat öncə baş tutduğunu bildirib. Qeyd edək ki, M.Hüseynovun aclıq aksiyasını davam etdirdiyi iddia edilsə də, Penitensiar Xidmət onun yalnız 26 dekabrda aclıq etdiyini, bir gün sonra isə aksiyanı dayandırdığını bildirmişdi. Bu gün isə M.Hüseynovun vəkilləri onun süd və süd məhsulları qəbul etdiyini bildiriblər. Görüntünün olası içeriği: 5 kişi, Alimammed Nuriyev ve Rauf Zeyni dahil, gülümseyen insanlar, ayakta duran insanlar

Oxunma sayı: 7073

Oxşar yazılar