Pekində naməlum şəxs məktəbdə 20 uşağı yaralayıb

  • 12:02 - 08 Yanvar
Çinin paytaxtı Pekində naməlum şəxs ibtidai məktəblərdən birinə hücum edib. Bu barədə paytaxtın Siçen rayonunun mətbuat xidmətindən bildirilib. İlkin məlumatlara görə, ümumilikdə 20 uşaq xəsarət alıb, məktəblilər xəstəxanaya yerləşdiriliblər, onlardan 3-ü ağır vəziyyətdədir. Hazırda onların həyati təhlükəsi yoxdur. Polis şübhəli kişini hadisə yerində saxlayıb. Onun nə ilə silahlandığı və addımının motivləri barədə məlumat verilmir.       report

Oxunma sayı: 8492

Oxşar yazılar