VİDEOXƏBƏR
Bombardımanda yaralanan Aya atasını belə axtardı - Suriyalı kiçik yaşlı qızın ürək dağlayan Video görüntüləri (18+)
İlan yığan kişi - Video
Ərdoğanla Putinin mehriban görüşü - Video
FOTOXƏBƏR
Millimizin qələbəsi - Şəkillərdə
Bombardman altında olan Hələbdən - Fotolar
Türkan Şorayın azərbaycanlı oxşarı - Foto
TOP 7
AVROPA.info Facebook-da
AVROPA.info-nun arxivi
19/5/2015 [12:13] - Köşə ( 40802 dəfə baxılıb)
İlklərin yanında... və önündə olanlar - Köşə
Qorxmaz İbrahimli

2003-cü ilin prezident seçkilərindən bir şeyi xatırlayıram. Əmim, Xalq Şairi Məmməd Arazla bərabər prezidentliyə namizəd İlham Əliyevin Gənc Tamaşaçılar Teatrında ziyalılarla olan görüşünə mən də qatılmışdım. (O zaman heç bir partiyanın üzvü olmadığımdan, qatıldığım tədbirə özüm qərar verirdim). Prezidentliyə namizəd İlham Əliyev çıxışında ziyalılar önündə maraqlı bir müraciət etdi. O, dövrün müxalifətinə səslənərək danışıqlara dəvət elədi. Ertəsi günü bu jestə çox kəskin və hədələyici bir cavab yayıldı: “Bu günkü hakimiyyətlə heç bir danışığımız ola bilməz. Prezident seçildikdən həmən sonra xalq onları məhkəmə salonlarında ittiham kürsüsündə görəcək”. 

Təbii ki, seçkini qazandıqlarını bəyanatları ilə elan edərək, zavallı tərəfdarlarını meydanlara etiraza çağırıb, özləri gizləndilər. Şübhəsiz, xoş olmayan belə bir anda tərəfdarlar döyüldülər, işgəncə gördülər, həbsə düşdülər. “Qalib gəlmiş” namizədsə uzun müddət görünmədi. Və bu gün artıq üçüncü dəfə prezidentlik dövrünü yaşayan İlham Əliyevə məğlubiyyəti sivil, demokratik şəkildə elan belə etmədilər.

O zaman tək müxalifət cəbhəsində deyil, iqtidar cəbhəsində də öz komandasına və komandanın liderinə xəyanət etməyə hazır olan ünsürlər peyda olmuşdular. “Nə olar, nə olmaz” deyə, düşünərək müxalifətə külli miqdarda pullar ötürdülər ki, İlham Əliyevin xoşməramlı müraciətinə verilmiş kəskin reaksiyanın hədəfinə tuş gəlməsinlər. Bu gün utanmadan iqtidarın tədbirlərində iştirak edərək, Prezidentə sadiqlik göstərmək istəyən çoxlarının əməllərini şəxsən bilirəm. Qarşı tərəfdə özlərinə necə bir ehtiyat “aerodorom”u hazırladıqlarını yaxşı bilirəm. Şəxsən məndən müxalifət hakimiyyətə gələrsə, onlara sahib çıxacağıma söz verməyimi xahiş edənlər, bu gün yenə yüksək vəzifələrdədirlər. Mənsə onlardan birinə gülərək, İlham Əliyevdən başqa heç kimin qalib gəlməyəcəyini anlatmağa çalışmışdım.

Əlbəttə, günümüz 2015-ci il olmaqla yanaşı, iqtidar da 2003 iqtidarı deyil. Kifayət qədər təcrübəsi olan dövlət başçısı neft bumundan maksimum yararlanaraq, dev struktur layihələr gerçəkləşdirməkdədir. Etiraf etməliyik ki, 90-cı illərdən fərqli olaraq ölkəmiz yaxşı inkişaf etmişdir. Tək ölkə içərisinə qapılaraq qalmayan bugünkü hakimiyyət dünyaya açılaraq dev layihələr gerçəkləşdirdi. Həm investor rolunda çıxış etməklə, həm də beynəlxalq tədbirlərə ev sahibliyi etməklə beynəlxalq aləmdə yetərincə hörmət qazana bildilər.

Hamınız yaxşı xatırlayırsınız, qısa zaman içərisində Bakı bulvarı yenidən inşa olundu. Bayraq meydanı və “Kristal hall” kimi dev layihələr bitdi və ilk dəfə olaraq Azərbaycan “Evrovision” mahnı müsabiqəsinə ev sahibliyi etdi.

Dünyada dostları olduğu kimi, istəməyənləri də kifayət qədər olan Azərbaycan dövlətinin bu layihəsinə qarşı dəhşətli bir hücum, qara piar kampaniyası başlandı. Təxminən bir il vaxt içərisində olmazın dərəcədə əks təbliğatdan tutmuş, müsabiqənin başlandığı və keçirildiyi vaxt ərzində ağılalmaz təxribat planları quruldu. Polisin, təhlükəsizlik qüvvələrinin və əlbəttə ləyaqətli vətəndaşların sayəsində mənfur düşmənlər istədiklərinə nail ola bilmədilər. Eyni zamanda, müxalif siyasi partiya və qəzetlərdən də prosesi dəstəkləyən, həmçinin etiraz edənlər oldu. Etiraz edən bəziləri isə gözdənsalma kampaniyasında xüsusilə “fərqləndilər”. Necə deyərlər, dəyirman bildiyini eləyir, çax-çax baş ağrıdır.

Təxminən, iyirmi gündən sonra Azərbaycan dövləti yenə böyük və tarixi bir layihəyə ev sahibliyi edəcək. Və kimlərin nə deməsindən, nə kimi planlar qurmasından asılı olmayaraq, ilk Avropa Oyunlarının Azərbaycanda uğurla baş tutacağından şübhəmiz yoxdur və bunun tarixə həkk olunacaq bu hadisə olacağına əminik.

İki il yarım əvvəl bizim partiya da belə bir layihənin gerçəkləşməsinin çətin olacağı qənaətində idi. Mütəxəssislərimizin bizə vermiş olduğu bilgilərdən yola çıxaraq layihəni tənqid etdik. Ancaq geri dönüşün mümkün olmadığını görüncə etirazlardan çəkilərək dəstək olmağa çalışdıq. Çünki müxalif partiya üzvü və rəhbəri olmaqla yanaşı, həm də bu ölkənin vətəndaşıyıq. Vətəndaş borcumuzu hər zaman doğru-dürüst yerinə yetirməyə çalışmalıyıq.

Bu layihəni daxildən xə xaricdən istəməyən güclər artıq hər kəsə bəllidir. ABŞ dövlət katibinin ofisi daxil, xeyli sayda əleyhdarların adını çəkmək olar. Ancaq tərəfdarlarının çoxluğunu da isbatlamağa ehtiyac duymuram. Artıq Avropanın və dünyanın bir çox ölkələrin təmsilçiləri iştirakçı siyahılarını qeydiyyatdan keçirirlər. Təxminən bir aya yaxın bir müddət içərisində nəhəng bir layihənin tamaşaçısı olacağıq.

Avropa oyunları idman yarışmasına Azərbaycan hazır idman infrastrukturu və otellər zənciri ilə getmirdi. Bunların hamısı paralel aparılırdı. İri infrastruktur layihələr gerçəkləşdi ki, bunları da yarışmanın səhərisi gün söküb atmayacaqlar. Bütün bunlar gələcəkdə daha böyük layihələrə ev sahibliyi etməyimiz üçün çətinlik yaşamayacağımız idman oyunları mərkəzləridir.

Vaxtilə İlham Əliyevin prezident seçilməyəcəyini düşünən o satqın məmurlar bu gün bəzən provokativ şayiələr buraxmağa davam edirlər. Belə şayiələrdən biri Avropa oyunları layihəsinə xərclənən ağılalmaz pullardır. Elə yalan şayiələr buraxırlar ki, bəzən hökumətin nüfuzlu iqtisadçıları və nüfuzlu ekspertlər saatlarla bu şayiələrin yalan olduğunu başa salmaq məcburiyyətində qalırlar.

Bəli, işin sürətinə şüurlu və şüursuz şəkildə mane olan onlarla məmur və təşkilatın da adını çəkmək olar. İşə start verilən andan belə sürətlə başlasaydılar, artıq iki ay qalmış hər şeyi bitirmiş olardılar. Ancaq bu o demək deyil ki, belə bir dev layihə gözdən salınmalıdır. Yalandan kiminsə intiharı haqda yaramaz şayiələr yaymaq və s. kimi şayiələr məhz bu planın tərkib hissəsidir.

Dediyim kimi, bu layihənin gerçəkləşməsinə əngəl ola bilməyənlər son aşamada daha da aqressivləşiblər. Daxildən və xaricdən hər cür xəyanət olmaması üçün hökumət də lazımi tədbirlər almaqdadır. Bildiyimiz və bilmədiyimiz bu önləmlərin hər birinin uğurlu olmasını arzu edirəm.

Məncə, bunlardan birincisi, təxminən bir ilə yaxın müddət ərzində Prezident köməkçisi Əli Həsənovun rəhbərliyi altında müxalifət partiyaları ilə aparılan danışıqlardır. Bu danışıqların istər Avropa Oyunları zamanı, istərsə də qarşıdan gələn Parlament seçkilərində əhəmiyyəti olacağına inanırıq.

Kimin nə düşünməsindən asılı olmadan, hər bir partiyanın üzvü bu ölkə üçün dəyərli insandır. Siyasi müxalifətin təmsilçiləri ilə Avropa Oyunlarını müzakirə etmək, dəstək istəmək acizliyin deyil, düzgün düşüncənin ifadəsidir və addım - addım demokratiyanın inkişafı deməkdir. Avropa ölkələrində, qardaş Türkiyədə müxalifətlə danışıq aparan hakimiyyətlərə az köks ötürməmişik. İndi belə addımlar zəhmətimizin nəticəsinin olduğunu, müxalifətin hesaba alınmağa başlandığını deməyə asas verir. Bu dövlətin azadlığı uğrunda hər şeyimizdən keçmişik. Bu gün də möhkəmlənməsində iştirak etmək haqqımız və borcumuzdur. 

Yuxarıda xatırlatdığım məlum müraciət zamanı o zamankı müxalifət liderləri müraciəti düzgün dəyərləndirmiş olsaydılar, görün indi haralarda idi dövlətimiz. Çünki qanla deyil, yalnız danışıqlarla, qarşılıqlı anlaşma ilə inkişaf etmək mümkündür.

Bu günlərdə baş verən ikinci mühüm hadisə qeyri-hökumət təşkilatları və medianın birgə təşəbbüsü, iştirakı ilə böyük bir koalisiyanın yaradılması oldu. Avropa oyunları ərəfəsində ən nüfuzlu vətəndaş cəmiyyəti və media təmsilçilərinin belə bir koalisiyada birləşərək dövlətimizə dəstək verməsi təqdir olunmalıdır.

Mən də, eyni zamanda bir vətəndaş cəmiyyəti təmsilçisi və təşkilat rəhbəri olaraq (Milli QHT Forumu kimi nəhəng bir vətəndaş cəmiyyəti koalisiyasının rəhbərliyində təmsil olunuram) bu koalisiyanın tərkibindəyəm. Yeri gələndə tənqidi fikirlərimi də səsləndirirəm. Ancaq tənqid etmək o demək deyil ki, hər şeyə qara yaxasan. Hesab edirəm ki, bizim bu koalisiya Avropa Oyunları ərəfəsində olduğu kimi, oyunlar zamanı və sonrakı mərhələdə də çox böyük işlər görəcəkdir. Və şəxsən mən bir vətəndaş və siyasi partiya təmsilçisi olaraq İlk Avropa Oyunlarına qarşı aparılan kampaniyaların qarşısında olduğumu və bu nəhəng idman yarışından dövlətimizin üzüağ çıxması, millətimizin fayda görməsi üçün əlimdən gələni əsirgəməyəcəyimi bəyan edirəm. Əgər dövlətimizin güclənməsini, dünyada mövqelərinin daha da möhkəmlənməsini, ölkəmizdə demokratiyanın inkişafını istəyiriksə, heç bir fədakarlıqdan geri durmamalıyıq/bizimyol.info/.

Xəbər lenti
12/10/2016 [20:07]:
Kadırovu tənqid edən idmançının qızını bıçaqladılar
12/10/2016 [19:43]:
Ermənistanda kütləvi istefalar davam edir
12/10/2016 [19:38]:
Dünyanın ən təhlükəsiz ölkələri
12/10/2016 [19:19]:
Məşhur rusiyalı satirik Mixail Zadornov xərçəng xəstəliyinə tutulub
12/10/2016 [19:13]:
Taksi sürücülərinə xəbərdarlıq!
12/10/2016 [19:11]:
Federal Ehtiyat Sistemi bu gün vacib qərar verəcək
12/10/2016 [19:05]:
Aşura münasibətilə keçirilən qanvermə aksiyası başa çatıb
12/10/2016 [18:54]:
Vidadi Zeynalov və digərlərinin cinayət işi məhkəməyə göndərildi
12/10/2016 [18:52]:
Sarkisyana məktub yazdığına görə əsgəri dəlixanaya saldılar
12/10/2016 [18:00]:
"Suyun içində boğuluruq" - Lənkəranı su basdı (Video)
12/10/2016 [17:58]:
Prokuror qonşusunu öldürən şəxsə 13 il cəza istədi
12/10/2016 [17:47]:
Cavidin azadlıqdakı ilk işi - Qızının bağçasına getdi
12/10/2016 [17:46]:
OPEK-dən Azərbaycanın neft hasilatı ilə bağlı Bəyanat
12/10/2016 [17:40]:
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri arasında - Siyahı
12/10/2016 [17:34]:
Prezident İlham Əliyevdən referendumla bağlı - Sərəncam
12/10/2016 [17:31]:
Səhiyyə Nazirliyindən açıqlama - Açıq sahələrdə siqaret çəkmək qadağan olunacaq
12/10/2016 [17:30]:
Dollar neçəyə satılacaq? - Sabahın məzənnəsi
12/10/2016 [17:21]:
Bakıda qəribə olay: İlan sistemin çökməsinə səbəb oldu (Video)
12/10/2016 [17:18]:
İlham Əliyev 20 nəfəri təltif etdi - Sərəncam
12/10/2016 [17:17]:
İşsizlərə şad xəbər - Yeni qanun layihəsi müzakirəyə çıxarılır
12/10/2016 [16:59]:
"Deyirik ki, sanksiyalar bizə təsir etmir, amma onlar təsir edir!" - Vladimir Putin
12/10/2016 [16:51]:
"Azərbaycanla görüş qrupun "top-oyun"u olacaq" - Yoahim Löv
12/10/2016 [16:48]:
Son dəqiqə: "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynov azadlığa buraxıldı
12/10/2016 [16:42]:
Zakir Həsənov ön cəbhədə: Toplar düşmənə tuşlandı (Fotolar)
12/10/2016 [16:29]:
Sarkisyan hakimiyyəti tənqid edən məmurunu vəzifədən qovdu
12/10/2016 [16:21]:
Tərtərdə dəhşətli cinayət: Dollar satan şəxsin gözünü çıxarıb, işgəncə ilə öldürdülər (Özəl)
12/10/2016 [16:16]:
Müdafiə nazirliyindən açıqlama - 233 hərbçi ordudan qovuldu
12/10/2016 [16:01]:
Gənclər Nərimanovda Müstəqillik günü ilə bağlı bilik yarışması keçirdi - Fotolar
12/10/2016 [15:50]:
"Türkiyə ilə viza rejiminin ləğvinin tərəfindəyik" - Rusiya
12/10/2016 [15:31]:
Musiqili Teatrın Yaradıcılıq Studiyasında yeni tamaşa - Foto
12/10/2016 [15:26]:
Ardı var? - "Azərbaycanın qrupdan çıxması mümkündür"
12/10/2016 [15:25]:
Tağı Əhmədovun qardaşı oğlunu döydülər, öz əmisini satdı
12/10/2016 [15:23]:
Kremldən "Şakro Molodoy" açıqlaması
12/10/2016 [15:00]:
Peskov istefası haqda yayılan xəbərə açıqlama gətirdi
12/10/2016 [14:57]:
""ASAN Visa" xidməti noyabrda işə başlayacaq" - Fuad Ələsgərov
12/10/2016 [14:53]:
Ərdoğanın qarşısında "ikiqat" olan XİN rəhbərindən sensasion sözlər - "Üzv ola bilməyəcək"
12/10/2016 [14:52]:
Ziya Məmmədov vəzifəsindən çıxarıldı - Bu posta Cavid Qurbanov gətirildi
12/10/2016 [14:21]:
Türkiyə Ukrayna ordusu üçün RLS istehsal edəcək
12/10/2016 [14:14]:
Azərbaycana "qanun diktaturası" lazımdır, yoxsa, qanunlara əməl olunması?.. - Azər Rəşidoğlu yazır
12/10/2016 [14:04]:
İndi 4G surətini "Azercell"lə yaşamaq daha asan! - Fotolar
12/10/2016 [13:58]:
Rövşən Lənkəranskinin qətlində adı keçən "qanuni oğru"nun cinayət materialları "yoxa çıxıb"
12/10/2016 [13:52]:
Diaspor təşkilat sədri Danimarkada mükafatlandırılıb - Foto
12/10/2016 [13:48]:
Mağazalarda bu məhsullar kəskin bahalaşdı - Qiymət cədvəli
12/10/2016 [13:17]:
Rusiya aviasiyasının Suriyada yerləşdirilməsi təsdiqləndi
12/10/2016 [12:36]:
"Putin ömürlük prezident olsun" təklifi
12/10/2016 [12:16]:
Səudiyyə Ərəbistanı da dövlət neft istiqrazlarını satmağa başladı
12/10/2016 [11:48]:
Ermənistanda daha bir qalmaqallı istefa gözlənilir
12/10/2016 [11:34]:
"Azərbaycana saxta sənədli miqrant axını artır" - Fuad Ələsgərov
12/10/2016 [11:27]:
İsrail bir günlüyə özünü dünyaya qapatdı
12/10/2016 [11:20]:
Ankarada FETÖ-yə qarşı böyük əməliyyat - 215 polis əməkdaşı haqqında həbs qərarı verildi
12/10/2016 [11:07]:
Aralıq dənizi uğrunda qızğın mübarizə - İran və Rusiya qarşı-qarşıya
12/10/2016 [11:00]:
Nazirlikdən dərman satan şirkətlərə Xəbərdarlıq
12/10/2016 [10:58]:
Səyyar "ASAN Xidmət" Biləcəridə - Fotolar
12/10/2016 [10:54]:
Ərdoğan-Putin görüşündə Peskov yatdı - Video
12/10/2016 [10:50]:
Bakcell beynəlxalq zənglərin qiymətini 16 qəpiyə endirdi
12/10/2016 [10:44]:
Elmar Qasımov Prezident təqaüdçüləri ilə görüşdü
12/10/2016 [10:33]:
Azərbaycan nefti ucuzlaşdı
12/10/2016 [10:31]:
Cəbhədə atəşkəs pozuldu
12/10/2016 [10:23]:
"Baş nazirin müavinləri azalmalı, Qarabağla bağlı vitse-prezident olmalıdır" - Təklif
12/10/2016 [10:16]:
Sumqayıtda qardaş bacısını amansızlıqla öldürdü
12/10/2016 [10:08]:
25 yaşlı oğlan iş adamını güllələdi
12/10/2016 [10:07]:
Bu gün Aşura günüdür
12/10/2016 [10:03]:
Manat dollara nisbətdə bahalaşdı - Rəsmi məzənnə
12/10/2016 [09:53]:
Bakıda 219 bina söküləcək, əhaliyə yeni mənzillər veriləcək - Ünvan
12/10/2016 [09:49]:
"Sonra da başlayacaqsınız Almaniya ilə oyundan qələbə istəməyə" - Rövnəq Abdullayev
12/10/2016 [01:21]:
Azərbaycanda məktəbdə zərdüştlük dininin təbliğ olunduğu üzə çıxdı - Video
12/10/2016 [01:04]:
Millimiz tarix yazmaqda davam edir - 3 görüşdə 7 xal, qrup ikincisi
12/10/2016 [00:51]:
Bombardımanda yaralanan Aya atasını belə axtardı - Suriyalı kiçik yaşlı qızın ürək dağlayan Video görüntüləri (18+)
12/10/2016 [00:01]:
Türkiyə döyüş təyyarələri İraqı bombaladı - PKK-nın silah anbarları, sığınacaqları məhv edildi
11/10/2016 [23:23]:
Azay Quliyev ATƏT-in seçki müşahidə missiyasına rəhbərlik edəcək
11/10/2016 [23:20]:
Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycandan hakim seçilib
11/10/2016 [23:18]:
Yığmamız Çexiyada da tarix yazdı - Yenilənib
11/10/2016 [20:15]:
Erməni əsgər düşmən ordusundakı özbaşınalıq nəticəsində öldürülüb - Müdafiə Nazirliyi
11/10/2016 [20:09]:
Rəşad Sadıqov Çexiyaya qarşı oynamayacaq
11/10/2016 [19:49]:
Nazarbayev Azərbaycana gələsi olmadı
11/10/2016 [19:42]:
Yunanıstana qaçan qiyamçıların sığınacaq tələbi rədd edildi
11/10/2016 [19:23]:
Telekanallar oliqarx Akif Sayadovun cinayətlərindən danışdı - Video
11/10/2016 [19:15]:
Prezidentin fərdi təqaüdü 300 manat artırıldı - Fərman
11/10/2016 [19:05]:
Müstəqilliyin 25-ci ildönümü dövlət səviyyəsində qeyd olunacaq - Sərəncam
11/10/2016 [19:02]:
Penitensiar Xidmətin idarə rəisi vəzifəsindən azad edildi
Bütün arxiv bir sırada
Direktor:
Ruslan Bəşirli
Ünvan: Bakı şəhəri,
Nərimanov rayonu,
Əşrəf Əliyev küçəsi, 41
Tel: (012) 514 01 97, (055) 392 39 10
e-mail: [email protected]
Materiallardan istifadə zamanı
www.avropa.info saytına istinad
zəruridir!