VİDEOXƏBƏR
Bombardımanda yaralanan Aya atasını belə axtardı - Suriyalı kiçik yaşlı qızın ürək dağlayan Video görüntüləri (18+)
İlan yığan kişi - Video
Ərdoğanla Putinin mehriban görüşü - Video
FOTOXƏBƏR
Millimizin qələbəsi - Şəkillərdə
Bombardman altında olan Hələbdən - Fotolar
Türkan Şorayın azərbaycanlı oxşarı - Foto
TOP 7
AVROPA.info Facebook-da
AVROPA.info-nun arxivi
25/2/2015 [12:56] - Köşə ( 523026 dəfə baxılıb)
Sülhün devalvasiyası - Fazil Mustafa yazır
Fazil Mustafa

Hamını düşündürən sualın manatla bağlı olduğunu bilmək üçün hər yerdə təşviş içində olan insanların suallarını eşitmək yetərlidir. “Bu işlərin sonu necə olacaq, manat qalxacaqmı, əmanətlərin vəziyyəti, maaşların, pensiyalar qalxıb-qalxmayacaq?” kimi suallar insanları narahat edən məsələlərin başında gəlir. Ancaq ciddi təhlil edəndə bir məqam daha bariz şəkildə anlaşılır ki, insanlar aldadılmaqdan daha çox gileylidirlər. “Niyə bunu aldadaraq etdilər, əhaliyə xəbərdarlıq edilmədi?” kimi fikirlər də üstünlük təşkil edir.

Əlbəttə, insanlara xəbərdarlıq deyəndə nəyi nəzərdə tutduqlarını özlərinə dərhal geri çevirmək olar. Hər kəsin qulağına durub pıçıldamayacaqlardı ki, sabah manatın kursu dəyişəcək və ya əvvəlcədən ərzaq məhsullarını alıb yığın evə ki, bahalaşma olacaq. Rusiya Krımı işğal edəndən sonra bu ölkəyə yönəlik sanksiyalar başlayanda artıq hər kəs Azərbaycanda da xəbərdar olmalıydı ki, əsas ixracatı neft və neft məhsulları olan Rusiyanı zəiflətmək üçün neft amilinə xüsusi diqqət yetiriləcək və bütün sanksiyaların ana mənbəyini neftin qiymətinin ucuzlaşması təşkil edəcək. Yəni müasir dövrün insanı anlamalı idi ki, neftin ucuzlaşması nəticəsində 90 faizdən yuxarı ixracatı neft və neft məhsularına bağlı olan Azərbaycanda da yaxşı heç nə baş verməyəcək. Yəni gözlənilənlər baş verdi. Neftin qiyməti 50-60 ABD dolları civarında var-gəl etməyə başlayanda artıq Azərbaycanda da manatın sabitliyinin qorunması siyasətindən əl çəkildi və milli valyutanın dollara nisbətdə ucuzlaşması baş verdi. Bundan sonra əhalinin daha da yoxsullaşması qaçınılmazdır, onsuz da vergi yükünü qaldıra bilməyən özəl sektora amansız bir zərbə dəyib, böyük layihələrin icrası çətinləşdi, banklardakı əmanətlər ucuzlaşdı, maaşlar 35-40 faizlik malların qiymətinin qalxması qarşısında infilyasiya yükünü qaldıra bilməyəcək vəziyyətə gətirildi. Bunlar manatın devalvasiyasının ortada olan hələ başlanğıc nəticələridir. Ancaq bu hadisənin bəlkə də sezməkdə çətinlik çəkdiyimiz bir müsbət nəticəsi var: Azərbaycan xalqı, cəmiyyəti kütləvi narahatçılıq yaşamağa, sabah barədə düşünməyə hamılıqla məcbur oldu. Varlısı da, yoxsulu da sanki illərlə arxayınlaşmışdılar ki, bu həyat beləcə sabit gedəcək, rəsmi təbliğat da analoqsuz inkişaf, bölgənin lider dövləti, yenilməz ordu kimi epitetləri də gündəlik menyuda o qədər çox saxlamışdı ki, sanki artıq müharibə də bizim qələbəmizlə başa çatmışdı, sanki yüz il sonranın planlarını həyata keçirməyi düşünməkdən başqa yol qalmırdı. Əslində insanları bu deyimlər, lovğalıqlar, təriflər xeyli arxayınlaşdırmışdı. Bu sakitlik, bu sabitlik az-çox reallıqları anlayan, düşünən insanlarda narahtlıq yaratmaya bilməzdi. Lev Tolstoyun məşhur ifadəsini xatırlatmaq yerində olardı. Soruşanda ki, necəsən, cavab verirdi ki, “Allaha şükür, narahatam.” Məhz bu narahatsızlığın nəticəsidir ki, dünyanın harasında hansısa hadisə baş verirdisə, bizim reaksiyamız əksər vaxt özümüzlə müqayisə zəminində olmurdu. Ukraynanın şəhərlərinin Rusiya tərəfindən bir-bir dağıdılması və ölkənin hazırlıqsız müharibəyə yaxalanması, Liviyadakı, İraqdakı, Suriyadakı xaos, Misirdəki qarışıqlıqlar bizdə çox hallarda kənar ölkələrdə baş verən və bizə dəxli olmayan məsələlər kimi baxılırdı.

Artıq manatın devalvasiyası baş verdi. İnsanlar təşviş içində qoyduqları sualın cavabını tapa bilmirlər. Buyurun, işdir, birdən hazırda arxayın baxdığımız bu keçici sülhün devalvasiyası baş verərsə? O zaman müharibə təhlükəsi üçün təşviş keçirən cəmiyyət hamılıqla ayağa qalxıb kimi ittiham edəcək ki, niyə vaxtında xəbərdarlıq etmədiniz? Axı erməni hər gün gülləsini atıb xəbərdar edir ki, müharibə hələ bitməyib, bir də irimiqyaslı savaş ola bilər, indi hər kəs özünə sual versin ki, biz bu devalvasiyaya hazırıqmı?

Ona görə də illərdir ki, çalışmalarımızın ana xəttini insanların pafos borusundan gələn qidasını kəsməyə çalışırıq, daha realist olmalarını təlqin edirik.

Bu gün əslində manatın devalvasiyası ilə yanaşı iqtisadi populizmin devalvasiyası baş verdi, analoqsuz inkişaf pafosunun çöküşü baş verdi. Dövlət məncə anladı ki, xalqı dövlət həyatından hədsiz uzaq məsafədə tutmaqla böhran vəziyyətində təşviş, təlatüm yaşanmasına rəvac vermiş olur. Əgər insanlara alternativ seçim versən ki, manatın devalvasiyası yaxşıdır, yoxsa savaş nəticəsində Donbas kimi, Bağdad kimi, Hələb kimi şəhərlərəin xarabalığa çevrilməsi, əlbəttə ki, müqayisədə birinciyə üstünlü verərlər. Müqayisələr düşünən insanlar üçün var, düşünməyən insan baş verən faktın təsirindən, tüstüsündən çıxa bilmir. Çevrəmizdə ölən insanların çoxumuza ölümü xatırlatmadığı kimi, əlilə baxıb nə zamansa əlil ola biləcəyimizi düşünmədiyimiz kimi, var-dövlət hərisliyinin bir kəfən qədər dəyəri olmadığını anlamadığımız kimi... Budur illərdir arxayınlaşdırılan, laqeydləşdirilən bir cəmiyyət iqtisadi gerçəkliklərin və qanunauyğunluqların yaratdığı təlatümə hazır olmursa, demək ki, hələ ərazisi işğalda olan, fundamental problemləri çözülməmiş bir dövlətdə saxta ümid, analoqsuz müştəbehliyin azaldılması zərurətdir. İnsanları realizmə qaytarmaq lazımdır, 

Qısacası xalqı ritorika, pafos, yalan və illüziyalarla reallıq duyğusundan uzaqlaşdırmaq kritik anlarda ciddi təhlükələr ortaya qoya bilər. Ona görə də yeni tikilən yüzlərlə binanın altında hava hücumundan qorunmaq üçün sığınacaqlar nəzərdə tutulmur, köhnə tikililərin zirzəmiləri, mağazalar, barlardır. Ona görə orta məktəblərdə hərbi dərslər lazımi səviyyədə keçirilmir, ona görə də idman komplekslərinin qapısına qıfıl vurulur ki, fiziki hazırlıq bütün vətəndaşlar üçün əlçatmaz olsun, ona görə də yollar çəkiləndə nəinki ambulansların, yanğınsöndürən maşınların, hətta tankların hərəkəti düşünülmür. Ona görə mən hədsiz rahatlıqdan qorxuram, Qarabağı da hədsiz rahat olduğumuza görə itirdik. Bu rahatlıq bizdən hələ çox şeyləri də ala bilər.

Tolstoy kimi, “Allaha şükür, narahatam!” deyəcək bir cəmiyyət olmayınca vaxtında düşünüb problemlərimizi çözməyə canla-başla girişməyəcəyik.

Manatın devalvasiyası artıq baş verib. Bu gün arxayıncasına yaşadığımız keçici sülhün də yaxın zamanlarda devalvasiyası da baş verəcək. Milli Bank aldada bilər, çünki Milli Bankın ürəyi olmur, sadəcə pulu olur. Sağlam Düşüncə Bankı ürəklə işləyir- İnsan ürəyi ilə. Aldanmamaq üçün keçici sülhün devalvasiyasına, yəni müharibə risqinə hazır olmalıyıq.

Xəbər lenti
12/10/2016 [20:07]:
Kadırovu tənqid edən idmançının qızını bıçaqladılar
12/10/2016 [19:43]:
Ermənistanda kütləvi istefalar davam edir
12/10/2016 [19:38]:
Dünyanın ən təhlükəsiz ölkələri
12/10/2016 [19:19]:
Məşhur rusiyalı satirik Mixail Zadornov xərçəng xəstəliyinə tutulub
12/10/2016 [19:13]:
Taksi sürücülərinə xəbərdarlıq!
12/10/2016 [19:11]:
Federal Ehtiyat Sistemi bu gün vacib qərar verəcək
12/10/2016 [19:05]:
Aşura münasibətilə keçirilən qanvermə aksiyası başa çatıb
12/10/2016 [18:54]:
Vidadi Zeynalov və digərlərinin cinayət işi məhkəməyə göndərildi
12/10/2016 [18:52]:
Sarkisyana məktub yazdığına görə əsgəri dəlixanaya saldılar
12/10/2016 [18:00]:
"Suyun içində boğuluruq" - Lənkəranı su basdı (Video)
12/10/2016 [17:58]:
Prokuror qonşusunu öldürən şəxsə 13 il cəza istədi
12/10/2016 [17:47]:
Cavidin azadlıqdakı ilk işi - Qızının bağçasına getdi
12/10/2016 [17:46]:
OPEK-dən Azərbaycanın neft hasilatı ilə bağlı Bəyanat
12/10/2016 [17:40]:
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri arasında - Siyahı
12/10/2016 [17:34]:
Prezident İlham Əliyevdən referendumla bağlı - Sərəncam
12/10/2016 [17:31]:
Səhiyyə Nazirliyindən açıqlama - Açıq sahələrdə siqaret çəkmək qadağan olunacaq
12/10/2016 [17:30]:
Dollar neçəyə satılacaq? - Sabahın məzənnəsi
12/10/2016 [17:21]:
Bakıda qəribə olay: İlan sistemin çökməsinə səbəb oldu (Video)
12/10/2016 [17:18]:
İlham Əliyev 20 nəfəri təltif etdi - Sərəncam
12/10/2016 [17:17]:
İşsizlərə şad xəbər - Yeni qanun layihəsi müzakirəyə çıxarılır
12/10/2016 [16:59]:
"Deyirik ki, sanksiyalar bizə təsir etmir, amma onlar təsir edir!" - Vladimir Putin
12/10/2016 [16:51]:
"Azərbaycanla görüş qrupun "top-oyun"u olacaq" - Yoahim Löv
12/10/2016 [16:48]:
Son dəqiqə: "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynov azadlığa buraxıldı
12/10/2016 [16:42]:
Zakir Həsənov ön cəbhədə: Toplar düşmənə tuşlandı (Fotolar)
12/10/2016 [16:29]:
Sarkisyan hakimiyyəti tənqid edən məmurunu vəzifədən qovdu
12/10/2016 [16:21]:
Tərtərdə dəhşətli cinayət: Dollar satan şəxsin gözünü çıxarıb, işgəncə ilə öldürdülər (Özəl)
12/10/2016 [16:16]:
Müdafiə nazirliyindən açıqlama - 233 hərbçi ordudan qovuldu
12/10/2016 [16:01]:
Gənclər Nərimanovda Müstəqillik günü ilə bağlı bilik yarışması keçirdi - Fotolar
12/10/2016 [15:50]:
"Türkiyə ilə viza rejiminin ləğvinin tərəfindəyik" - Rusiya
12/10/2016 [15:31]:
Musiqili Teatrın Yaradıcılıq Studiyasında yeni tamaşa - Foto
12/10/2016 [15:26]:
Ardı var? - "Azərbaycanın qrupdan çıxması mümkündür"
12/10/2016 [15:25]:
Tağı Əhmədovun qardaşı oğlunu döydülər, öz əmisini satdı
12/10/2016 [15:23]:
Kremldən "Şakro Molodoy" açıqlaması
12/10/2016 [15:00]:
Peskov istefası haqda yayılan xəbərə açıqlama gətirdi
12/10/2016 [14:57]:
""ASAN Visa" xidməti noyabrda işə başlayacaq" - Fuad Ələsgərov
12/10/2016 [14:53]:
Ərdoğanın qarşısında "ikiqat" olan XİN rəhbərindən sensasion sözlər - "Üzv ola bilməyəcək"
12/10/2016 [14:52]:
Ziya Məmmədov vəzifəsindən çıxarıldı - Bu posta Cavid Qurbanov gətirildi
12/10/2016 [14:21]:
Türkiyə Ukrayna ordusu üçün RLS istehsal edəcək
12/10/2016 [14:14]:
Azərbaycana "qanun diktaturası" lazımdır, yoxsa, qanunlara əməl olunması?.. - Azər Rəşidoğlu yazır
12/10/2016 [14:04]:
İndi 4G surətini "Azercell"lə yaşamaq daha asan! - Fotolar
12/10/2016 [13:58]:
Rövşən Lənkəranskinin qətlində adı keçən "qanuni oğru"nun cinayət materialları "yoxa çıxıb"
12/10/2016 [13:52]:
Diaspor təşkilat sədri Danimarkada mükafatlandırılıb - Foto
12/10/2016 [13:48]:
Mağazalarda bu məhsullar kəskin bahalaşdı - Qiymət cədvəli
12/10/2016 [13:17]:
Rusiya aviasiyasının Suriyada yerləşdirilməsi təsdiqləndi
12/10/2016 [12:36]:
"Putin ömürlük prezident olsun" təklifi
12/10/2016 [12:16]:
Səudiyyə Ərəbistanı da dövlət neft istiqrazlarını satmağa başladı
12/10/2016 [11:48]:
Ermənistanda daha bir qalmaqallı istefa gözlənilir
12/10/2016 [11:34]:
"Azərbaycana saxta sənədli miqrant axını artır" - Fuad Ələsgərov
12/10/2016 [11:27]:
İsrail bir günlüyə özünü dünyaya qapatdı
12/10/2016 [11:20]:
Ankarada FETÖ-yə qarşı böyük əməliyyat - 215 polis əməkdaşı haqqında həbs qərarı verildi
12/10/2016 [11:07]:
Aralıq dənizi uğrunda qızğın mübarizə - İran və Rusiya qarşı-qarşıya
12/10/2016 [11:00]:
Nazirlikdən dərman satan şirkətlərə Xəbərdarlıq
12/10/2016 [10:58]:
Səyyar "ASAN Xidmət" Biləcəridə - Fotolar
12/10/2016 [10:54]:
Ərdoğan-Putin görüşündə Peskov yatdı - Video
12/10/2016 [10:50]:
Bakcell beynəlxalq zənglərin qiymətini 16 qəpiyə endirdi
12/10/2016 [10:44]:
Elmar Qasımov Prezident təqaüdçüləri ilə görüşdü
12/10/2016 [10:33]:
Azərbaycan nefti ucuzlaşdı
12/10/2016 [10:31]:
Cəbhədə atəşkəs pozuldu
12/10/2016 [10:23]:
"Baş nazirin müavinləri azalmalı, Qarabağla bağlı vitse-prezident olmalıdır" - Təklif
12/10/2016 [10:16]:
Sumqayıtda qardaş bacısını amansızlıqla öldürdü
12/10/2016 [10:08]:
25 yaşlı oğlan iş adamını güllələdi
12/10/2016 [10:07]:
Bu gün Aşura günüdür
12/10/2016 [10:03]:
Manat dollara nisbətdə bahalaşdı - Rəsmi məzənnə
12/10/2016 [09:53]:
Bakıda 219 bina söküləcək, əhaliyə yeni mənzillər veriləcək - Ünvan
12/10/2016 [09:49]:
"Sonra da başlayacaqsınız Almaniya ilə oyundan qələbə istəməyə" - Rövnəq Abdullayev
12/10/2016 [01:21]:
Azərbaycanda məktəbdə zərdüştlük dininin təbliğ olunduğu üzə çıxdı - Video
12/10/2016 [01:04]:
Millimiz tarix yazmaqda davam edir - 3 görüşdə 7 xal, qrup ikincisi
12/10/2016 [00:51]:
Bombardımanda yaralanan Aya atasını belə axtardı - Suriyalı kiçik yaşlı qızın ürək dağlayan Video görüntüləri (18+)
12/10/2016 [00:01]:
Türkiyə döyüş təyyarələri İraqı bombaladı - PKK-nın silah anbarları, sığınacaqları məhv edildi
11/10/2016 [23:23]:
Azay Quliyev ATƏT-in seçki müşahidə missiyasına rəhbərlik edəcək
11/10/2016 [23:20]:
Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycandan hakim seçilib
11/10/2016 [23:18]:
Yığmamız Çexiyada da tarix yazdı - Yenilənib
11/10/2016 [20:15]:
Erməni əsgər düşmən ordusundakı özbaşınalıq nəticəsində öldürülüb - Müdafiə Nazirliyi
11/10/2016 [20:09]:
Rəşad Sadıqov Çexiyaya qarşı oynamayacaq
11/10/2016 [19:49]:
Nazarbayev Azərbaycana gələsi olmadı
11/10/2016 [19:42]:
Yunanıstana qaçan qiyamçıların sığınacaq tələbi rədd edildi
11/10/2016 [19:23]:
Telekanallar oliqarx Akif Sayadovun cinayətlərindən danışdı - Video
11/10/2016 [19:15]:
Prezidentin fərdi təqaüdü 300 manat artırıldı - Fərman
11/10/2016 [19:05]:
Müstəqilliyin 25-ci ildönümü dövlət səviyyəsində qeyd olunacaq - Sərəncam
11/10/2016 [19:02]:
Penitensiar Xidmətin idarə rəisi vəzifəsindən azad edildi
Bütün arxiv bir sırada
Direktor:
Ruslan Bəşirli
Ünvan: Bakı şəhəri,
Nərimanov rayonu,
Əşrəf Əliyev küçəsi, 41
Tel: (012) 514 01 97, (055) 392 39 10
e-mail: [email protected]
Materiallardan istifadə zamanı
www.avropa.info saytına istinad
zəruridir!