VİDEOXƏBƏR
Bombardımanda yaralanan Aya atasını belə axtardı - Suriyalı kiçik yaşlı qızın ürək dağlayan Video görüntüləri (18+)
İlan yığan kişi - Video
Ərdoğanla Putinin mehriban görüşü - Video
FOTOXƏBƏR
Millimizin qələbəsi - Şəkillərdə
Bombardman altında olan Hələbdən - Fotolar
Türkan Şorayın azərbaycanlı oxşarı - Foto
TOP 7
AVROPA.info Facebook-da
Yazar
Məhəmmədəli Qəribli
Elşad Miri
[email protected]
Fazil Mustafa
AVROPA.info-nun arxivi
12/10/2016 [15:25] - Araşdırma ( 1020 dəfə baxılıb)
Tağı Əhmədovun qardaşı oğlunu döydülər, öz əmisini satdı

Xəbər verdiyimiz kimi MTN generalı Akif Çovdarovun barəsində aparılmış istintaq yekunlaşıb və ona qarşı irəli sürülmüş çoxsaylı cinayət ittihamları üzrə istintaq materialları məhkəməyə təqdim olunub. Çovdarovun işinə Sabunçu Rayon Məhkəməsinin binasında hərbi məhkəmə heyəti tərəfindən baxılacaq. Prosesin başlaması iki dəfə təxirə düşüb və jurnalistlər məhkəməyə buraxılmayıb.

Çovdarovun cinayət işi vəkillərinin də təsdiq etdiyi kimi çox qalındır, orada çoxsaylı epizodlar yer alır. Bu epidozlarla tanış olduqca Mahmudov-Çovdarov qruplaşması sanki “Əlibaba və qırx quldur” nağılındakı kimi taladıqları qızılları, dollarları və avroları mağaralarına daşıyıb yığan quldur qruplaşmasını xatırlatdır.

Avropa.info virtualaz.org saytına istinadən qanqster-generalın cinayət işi üzrə istintaq materiallarından sensasion epizodları oxuculara təqdim edir. Bunlardan biri də Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovdan 3 milyon manat (o vaxtkı məzənnə ilə) pulun hədə-qorxu, təhdid və şantaj yolu ilə alınmasıdır. Bu epizodun ayrı-ayrı hissələri barədə xəbərlər əvvəllər dərc olunub. Ancaq epizodda indiyə qədər üzə çıxmayan məqamlar da var, məsələn, məlum olur ki, Tağı Əhmədovun metronun “Koroğlu” stansiyasındakı ticarət mərkəzini işlədən qardaşı oğlunu MTN-də döyərək onun əleyhinə ifadə alıblar...

Hüseyn Cavid bağında görüş: Çovdarovun “rəsulu” nə xəbər gətirmişdi...

Beləliklə, Tağı Əhmədov istintaqa ifadəsində göstərir ki, Çovdarovun caynağına 2014-cü ilin yazında, vəzifədən azad edildikdən sonra keçib. Həmin vaxt MTN-in Rəsul adlı əməkdaşı T.Əhmədova zəng vurub, onunla Bakıdakı Hüseyn Cavid parkında görüşüb.

“Çovdarov deyir ki, nazirliyə səndən çoxlu şikayət daxil olub. Bu şikayətlərin qarşısını almaq və məsələni həll etmək üçün pul vermək lazımdır”-“çekist” Tağı Əhmədova deyib. Ancaq hansı məbləğin tələb olunduğunu bildirməyib.

“Get ona çatdır ki...”

“Çovdarova çatdır ki, mən heç kimə bir qəpik verən deyiləm”-vəzifədən çıxarılsa da hələ də öz nüfuzuna və xidmətlərinə, YAP-ın görkəmli simalarından biri olmasına arxayın olan Tağı müəllim qətiyyətlə MTN əməkdaşına bildirib.

Görünür T.Əhmədov o vaxt sadəlövhcəsinə inanırmış ki, bu kimi işlərdən nazir Eldar Mahmudovun xəbəri yoxdur və o, məsələni nazirə desə dərhal Çovdarovun qulağını buracaq. Nəticədə T.Əhmədov Akif Çovdarovun ondan pul tələb etdiyini çatdırmaq üçün Eldar Mahmudovun iş nömrəsinə zəng vurur, nazirlə danışmaq istədiyini köməkçiyə-Vüqar Mahmudova çatdırır. 5-6 dəfə zəng vurandan sonra nəhayət Vüqar Mahmudov Tağı Əhmədova deyir ki, onun mesajını nazirə çatdırıb. Ancaq nazir bildirib ki, məsələni Akif Çovdarova həvalə edib, qoy Tağı Əhmədov gedib onunla görüşsün.

Tağı müəllim əmin oldu ki, Eldar Mahmudov da Çovdarovla ortaqdır

Bu zaman Tağı Əhmədov əmin olur ki, Çovdarovun ondan pul tələb etməsindən nazirin özü də xəbərdardır, yaxud onlar bu işdə ortaqdırlar.

Bir neçə gün sonra MTN əməkdaşı Rəsul Tağı müəllimi yenə Hüseyn Cavid bağına görüşə çağırır. Ona çatdırır ki, Çovdarov Tağı Əhmədovun oğlu, Xətai rayon məhkəməsində hakim işləyən Rauf Əhmədovu MTN-ə aparmaq istəyir. Həmin ərəfədə bəzi reket saytlarda Rauf Əhmədovun əməlləri barədə yazılar gedirmiş və Tağı Əhmədov başa düşür ki, həmin yazılar da MTN-in sifarişidir.

“Rauf özü gəlməsə başına torba salıb gətirəcəyik”

“Çovdarov dedi ki, əgər Rauf özü MTN-ə gəlməsə başına torba salıb gətirdəcəyik”-MTN əməkdaşı Tağı Əhmədova çatdırır.

Metropolitenin keçmiş rəisi bu hədədən sonra sınır, oğlunun ürəyinin xəstə olduğunu, MTN-ə aparılmasının ona təhlükəli olacağını nəzərə alır, pulu verməyə razılaşır. “Nə qədər istəyir?”-Tağı müəllim Rəsuldan soruşur. “3-5 milyon arasında”-Çovdarovun xəfiyyəsi məbləği deyir.

Tağı Əhmədov uzağı 3 milyon verəcəyini deyir, Rəsuldan ayrılıb evinə gedir. İfadəsində dediyi kimi “40 illik əmək fəaliyyəti nəticəsində yığıb saxladığı” 3 milyon manatı toplayıb Rəsula zəng vurur ki, məbləğ hazırdır. Məbləğ 1.2 milyon ABŞ dollarından, 1.5 milyon avrodan və 300 min manatdan ibarət olur.

Tağı Əhmədov Çovdarovla üzləşmək istəmir

Rəsul mesajı Çovdarova çatdırır. Daha sonra Tağı Əhmədova zəng vurur: “General dedi ki, pulu səhər tezdən, 20 saylı orta məktəbin yaxınlığında, Müdafiə Nazirliyinin Ordu İdman Klubunun qarşısında, Parlament prospektinə birləşən küçədə şəxsən ona çatdırmaq lazımdır. Çovdarov səni həmin saatda qara “cip”də gözləyəcək”.

Ancaq Bakının yeraltı dünyasının keçmiş “kralı” MTN-in bədheybət generalı ilə şəxsən üz-üzə gəlmək istəmirdi. Rəsula çatdırır ki, pulu o yox, oğlu Ruslan və qardaşı oğlu Əli çatdıracaq. Beləliklə, Ruslan və Əli dollar, avro və manat bağlamaları ilə dolu idman çantasını götürüb 2014-cü il aprelin 10-da (yaxud 12-də) Rəsulun dediyi ünvanda onları “Land Rover Discovery” markalı qara cipdə gözləyən Akif Çovdarova verir.

2015-ci ilin oktyabrında Tağı Əhmədov Eldar Mahmudovun işdən çıxarıldığını eşidəndə sevinir, tez Rəsula zəng edərək tələb edir ki, Çovdarov ondan aldığı 3 milyonu qaytarsın. Çovdarovun xəfiyyəsi xəbəri artıq tifağı dağılmaq üzrə olan Çovdarova çatdırır. Ancaq general “Tağıya de ki, mən ondan pul-filan almamışam” cavabını verir...

Metrodakı ticarət köşklərinə baxanı MTN-ə necə apardılar...

Belə məlum olur ki, MTN-in Tağı müəllimi soymaq üçün göstərdiyi təzyiqlər təkcə onun oğlu ilə bağlı olmayıb. Metropoliten rəhbərinin qardaşı oğlu Şövqünü və onun “Koroğlu” metrostansiyasında ticarət mərkəzini işlədən adamı Elşəni də tutub MTN-ə aparıblar. Orada onları döyüblər, Tağı Əhmədov işə qarışıb, 3 milyonu çatdırmazdan bir-iki gün əvvəl Mahmudovun köməkçisinə zəng edib, tutulanları buraxmağı xahiş edib, pulu çatdıracağını deyib.

Elşən adlı həmin şəxs Bakı Metropoliteninin keçmiş işçisi Tağıyev Elşən Namiq oğludur. O, sonralar metrodakı ticarət mərkəzlərinin işinə nəzarət edib, dediyi kimi, təmizliyə, qayda-qanuna əməl edilməsinə nəzarət etməklə məşğul imiş. Metrolarda ticarət qadağan olunandan sonra işsiz qalan Elşən 2014-cü il aprelin 11-də həyat yoldaşı ilə birlikdə “Park Bulvar”da olanda ona MTN-dən zəng vururlar. “Nazirliyə gəl” deyirlər.

Elşən MTN-ə gedir, orada onu qarşılayıb 2-ci mərtəbəyə aparırlar, boş otağa salırlar. Otağa daxil olan MTN əməkdaşı deyir: “Bilirsən də, Tağı Əhmədov getdi. İndi rahat danış görək metroda ticarət obyektlərindən yığılan pulları Tağıya, yaxud oğlu Raufa necə verirdin”.

Elşən döyülsə də möhkəm çıxır, Tağı müəllimi satmır

Ancaq Elşən deyilən izahatı yazmır, deyir ki, nə Tağı Əhmədova, nə oğluna pul verməyib. Bu vaxt otaqdakı 3-4 MTN əməkdaşı onu döyməyə başlayır, sifətinə, başqa yerlərə zərbələr endirirlər. MTN-çilər onu döyə-döyə deyirlər ki, otaqdakı kamera çəkiliş aparır və bu çəkilişləri televiziyaya verəcəklər. Elşənin dedyinə görə, həmin vaxt MTN-dəki qonşu otaqlardan birində Tağı müəllimin qardaşı oğlunu, əvvəllər bir yerdə işlədikləri Şövqünü də görüb, əlamətlərindən bilib ki, onu da döyüblər. Elşəni döysələr də o, Tağı Əhmədovun əleyhinə ifadə vermir, onu MTN-də axşama qədər saxlayıb buraxırlar.

“Yazıb təsdiq edirəm ki, pulları yığıb əmim Tağıya verirdim...”

Tağı müəllimin qardaşı oğlu Şövqü isə Elşən qədər dözümlü ola bilmir. Əhmədov Şövqü Xeyrulla oğlu metronun “Qara Qarayev” və “Koroğlu” stansiyalarındakı ticarət mərkəzlərinə nəzarət edib, 2012-ci ildə “Qara Qarayev” stansiyasının rəis müavini təyin olunub, 2014-cü ilin oktyabrında “səhhəti ilə bağlı” işdən çıxıb. 2014-cü il aprelin əvvəllərində onun mobil telefonuna MTN-dən zəng gəlib. Onu da nazirlikdə 2-ci mərtəbəyə qaldırıblar, otaqlardan birinə salıb tələb ediblər ki, metrodakı ticarət köşklərindən yığdığı aylıq haqqı Tağı Əhmədova və oğluna necə çatdırdığını ətraflı yazsın.

Şövqü Əhmədov əvvəlcə bu tələblə razılaşmır, deyir ki, yığılan pulları vergi kimi dövlətə köçürüb, bu barədə qəbzlər də var. Ancaq MTN əməkdaşları otağa daxil olaraq onu təhqir edib, bir-iki sillə sifətinə, bir-iki yumruq qarnına vurublar, üstünə qışqırıblar, söyüblər, qorxudublar. Nəticədə Şövqü qorxusundan əmisinin əleyhinə ifadə verib, yazıb ki, metroda yığılan pulları əmisi Tağı Əhmədova çatdırırdı. Bundan sonra Şövqünü MTN-dən buraxıblar.

Tağı müəllimin Çovdarova 3 milyon aparan oğlu, görüş yeri-Fəxri Xiyabanın yanı

Tağı Əhmədovun oğlu, iş üzrə şahid qismində dindirilən Ruslan Əhmədov isə Çovdarova 3 milyon manatı necə verdiyini təsvir edib. Təlimata əsasən Çovdarov onu Müdafiə Nazirliyinə arxa tərəfdən gəlib Fəxri Xiyabanla Mərkəzi Ordu İdman Klubun kəsən, Parlament prospektinə birləşən küçədə qara cipdə gözləyirdi. Tağı müəllimin oğlu təsdiq edir ki, pulu verməyə əmisi oğlu Əli ilə birlikdə, özünə məxsus “Jaguar” avtomobili ilə getmişdi. Təyin olunan yerə çatanda Ruslan görüb ki, doğrudan da onları qara rəngli “Land Rover Discovery” avtomobili gözləyir. Ruslan avtomobilini stadiounun qarşısında saxlayır, cipə yaxınlaşır. Bu vaxt avtomobilin qabaq sol şüşəsi aşağı enir. “General Akif Çovdarov”-cipdəki zəhmli şəxs özünü təqdim edir.

“Düş aşağı, sizinlə bu qədər...”

Ruslan bu qısa tanışlıqdan sonra əmisi oğluna tapşırır ki, “Jaguar”dakı pulla dolu çantanı gətirsin. Çovdarov isə öz sürücüsünə əmr edir ki, cipin baqajını açsın. Əli pulla dolu çantanı gətirib Çovdarovun sürücüsünün yanında baqaja qoyur, sonra o, sürücü ilə birlikdə maşından bir az uzaqlaşır. Çovdarov əmr edir ki, Ruslan maşının arxa oturacağında otursun. Tağı Əhmədovun oğlu generala raport verir ki, pul 3 valyutadadır, 1.2 milyon dollardır, 1.5 milyonu avrodur, 300 mini isə manatdır.

Və hesabat təqdim edir ki, o vaxtkı məzənnə ilə həmin valyutaların cəmi 3 milyon manat edir. Riyazı hesablamanın düzgünlüyünü təsdiqləmək üçün keçmiş “metro kralı”nın oğlu hesabat apardığı kiçik kağızı da Çovdarova təqdim edir, general isə “ehtiyac yoxdur, düş aşağı, sizinlə qurtardıq” deyir. Bundan sonra Ruslan Əli ilə birlikdə evlərinə qayıdır, pul vermə əməliyyatının necə keçdiyini Tağı müəllimə nəql edir...

Xəbər lenti
12/10/2016 [20:07]:
Kadırovu tənqid edən idmançının qızını bıçaqladılar
12/10/2016 [19:43]:
Ermənistanda kütləvi istefalar davam edir
12/10/2016 [19:38]:
Dünyanın ən təhlükəsiz ölkələri
12/10/2016 [19:19]:
Məşhur rusiyalı satirik Mixail Zadornov xərçəng xəstəliyinə tutulub
12/10/2016 [19:13]:
Taksi sürücülərinə xəbərdarlıq!
12/10/2016 [19:11]:
Federal Ehtiyat Sistemi bu gün vacib qərar verəcək
12/10/2016 [19:05]:
Aşura münasibətilə keçirilən qanvermə aksiyası başa çatıb
12/10/2016 [18:54]:
Vidadi Zeynalov və digərlərinin cinayət işi məhkəməyə göndərildi
12/10/2016 [18:52]:
Sarkisyana məktub yazdığına görə əsgəri dəlixanaya saldılar
12/10/2016 [18:00]:
"Suyun içində boğuluruq" - Lənkəranı su basdı (Video)
12/10/2016 [17:58]:
Prokuror qonşusunu öldürən şəxsə 13 il cəza istədi
12/10/2016 [17:47]:
Cavidin azadlıqdakı ilk işi - Qızının bağçasına getdi
12/10/2016 [17:46]:
OPEK-dən Azərbaycanın neft hasilatı ilə bağlı Bəyanat
12/10/2016 [17:40]:
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri arasında - Siyahı
12/10/2016 [17:34]:
Prezident İlham Əliyevdən referendumla bağlı - Sərəncam
12/10/2016 [17:31]:
Səhiyyə Nazirliyindən açıqlama - Açıq sahələrdə siqaret çəkmək qadağan olunacaq
12/10/2016 [17:30]:
Dollar neçəyə satılacaq? - Sabahın məzənnəsi
12/10/2016 [17:21]:
Bakıda qəribə olay: İlan sistemin çökməsinə səbəb oldu (Video)
12/10/2016 [17:18]:
İlham Əliyev 20 nəfəri təltif etdi - Sərəncam
12/10/2016 [17:17]:
İşsizlərə şad xəbər - Yeni qanun layihəsi müzakirəyə çıxarılır
12/10/2016 [16:59]:
"Deyirik ki, sanksiyalar bizə təsir etmir, amma onlar təsir edir!" - Vladimir Putin
12/10/2016 [16:51]:
"Azərbaycanla görüş qrupun "top-oyun"u olacaq" - Yoahim Löv
12/10/2016 [16:48]:
Son dəqiqə: "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynov azadlığa buraxıldı
12/10/2016 [16:42]:
Zakir Həsənov ön cəbhədə: Toplar düşmənə tuşlandı (Fotolar)
12/10/2016 [16:29]:
Sarkisyan hakimiyyəti tənqid edən məmurunu vəzifədən qovdu
12/10/2016 [16:21]:
Tərtərdə dəhşətli cinayət: Dollar satan şəxsin gözünü çıxarıb, işgəncə ilə öldürdülər (Özəl)
12/10/2016 [16:16]:
Müdafiə nazirliyindən açıqlama - 233 hərbçi ordudan qovuldu
12/10/2016 [16:01]:
Gənclər Nərimanovda Müstəqillik günü ilə bağlı bilik yarışması keçirdi - Fotolar
12/10/2016 [15:50]:
"Türkiyə ilə viza rejiminin ləğvinin tərəfindəyik" - Rusiya
12/10/2016 [15:31]:
Musiqili Teatrın Yaradıcılıq Studiyasında yeni tamaşa - Foto
12/10/2016 [15:26]:
Ardı var? - "Azərbaycanın qrupdan çıxması mümkündür"
12/10/2016 [15:25]:
Tağı Əhmədovun qardaşı oğlunu döydülər, öz əmisini satdı
12/10/2016 [15:23]:
Kremldən "Şakro Molodoy" açıqlaması
12/10/2016 [15:00]:
Peskov istefası haqda yayılan xəbərə açıqlama gətirdi
12/10/2016 [14:57]:
""ASAN Visa" xidməti noyabrda işə başlayacaq" - Fuad Ələsgərov
12/10/2016 [14:53]:
Ərdoğanın qarşısında "ikiqat" olan XİN rəhbərindən sensasion sözlər - "Üzv ola bilməyəcək"
12/10/2016 [14:52]:
Ziya Məmmədov vəzifəsindən çıxarıldı - Bu posta Cavid Qurbanov gətirildi
12/10/2016 [14:21]:
Türkiyə Ukrayna ordusu üçün RLS istehsal edəcək
12/10/2016 [14:14]:
Azərbaycana "qanun diktaturası" lazımdır, yoxsa, qanunlara əməl olunması?.. - Azər Rəşidoğlu yazır
12/10/2016 [14:04]:
İndi 4G surətini "Azercell"lə yaşamaq daha asan! - Fotolar
12/10/2016 [13:58]:
Rövşən Lənkəranskinin qətlində adı keçən "qanuni oğru"nun cinayət materialları "yoxa çıxıb"
12/10/2016 [13:52]:
Diaspor təşkilat sədri Danimarkada mükafatlandırılıb - Foto
12/10/2016 [13:48]:
Mağazalarda bu məhsullar kəskin bahalaşdı - Qiymət cədvəli
12/10/2016 [13:17]:
Rusiya aviasiyasının Suriyada yerləşdirilməsi təsdiqləndi
12/10/2016 [12:36]:
"Putin ömürlük prezident olsun" təklifi
12/10/2016 [12:16]:
Səudiyyə Ərəbistanı da dövlət neft istiqrazlarını satmağa başladı
12/10/2016 [11:48]:
Ermənistanda daha bir qalmaqallı istefa gözlənilir
12/10/2016 [11:34]:
"Azərbaycana saxta sənədli miqrant axını artır" - Fuad Ələsgərov
12/10/2016 [11:27]:
İsrail bir günlüyə özünü dünyaya qapatdı
12/10/2016 [11:20]:
Ankarada FETÖ-yə qarşı böyük əməliyyat - 215 polis əməkdaşı haqqında həbs qərarı verildi
12/10/2016 [11:07]:
Aralıq dənizi uğrunda qızğın mübarizə - İran və Rusiya qarşı-qarşıya
12/10/2016 [11:00]:
Nazirlikdən dərman satan şirkətlərə Xəbərdarlıq
12/10/2016 [10:58]:
Səyyar "ASAN Xidmət" Biləcəridə - Fotolar
12/10/2016 [10:54]:
Ərdoğan-Putin görüşündə Peskov yatdı - Video
12/10/2016 [10:50]:
Bakcell beynəlxalq zənglərin qiymətini 16 qəpiyə endirdi
12/10/2016 [10:44]:
Elmar Qasımov Prezident təqaüdçüləri ilə görüşdü
12/10/2016 [10:33]:
Azərbaycan nefti ucuzlaşdı
12/10/2016 [10:31]:
Cəbhədə atəşkəs pozuldu
12/10/2016 [10:23]:
"Baş nazirin müavinləri azalmalı, Qarabağla bağlı vitse-prezident olmalıdır" - Təklif
12/10/2016 [10:16]:
Sumqayıtda qardaş bacısını amansızlıqla öldürdü
12/10/2016 [10:08]:
25 yaşlı oğlan iş adamını güllələdi
12/10/2016 [10:07]:
Bu gün Aşura günüdür
12/10/2016 [10:03]:
Manat dollara nisbətdə bahalaşdı - Rəsmi məzənnə
12/10/2016 [09:53]:
Bakıda 219 bina söküləcək, əhaliyə yeni mənzillər veriləcək - Ünvan
12/10/2016 [09:49]:
"Sonra da başlayacaqsınız Almaniya ilə oyundan qələbə istəməyə" - Rövnəq Abdullayev
12/10/2016 [01:21]:
Azərbaycanda məktəbdə zərdüştlük dininin təbliğ olunduğu üzə çıxdı - Video
12/10/2016 [01:04]:
Millimiz tarix yazmaqda davam edir - 3 görüşdə 7 xal, qrup ikincisi
12/10/2016 [00:51]:
Bombardımanda yaralanan Aya atasını belə axtardı - Suriyalı kiçik yaşlı qızın ürək dağlayan Video görüntüləri (18+)
12/10/2016 [00:01]:
Türkiyə döyüş təyyarələri İraqı bombaladı - PKK-nın silah anbarları, sığınacaqları məhv edildi
11/10/2016 [23:23]:
Azay Quliyev ATƏT-in seçki müşahidə missiyasına rəhbərlik edəcək
11/10/2016 [23:20]:
Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycandan hakim seçilib
11/10/2016 [23:18]:
Yığmamız Çexiyada da tarix yazdı - Yenilənib
11/10/2016 [20:15]:
Erməni əsgər düşmən ordusundakı özbaşınalıq nəticəsində öldürülüb - Müdafiə Nazirliyi
11/10/2016 [20:09]:
Rəşad Sadıqov Çexiyaya qarşı oynamayacaq
11/10/2016 [19:49]:
Nazarbayev Azərbaycana gələsi olmadı
11/10/2016 [19:42]:
Yunanıstana qaçan qiyamçıların sığınacaq tələbi rədd edildi
11/10/2016 [19:23]:
Telekanallar oliqarx Akif Sayadovun cinayətlərindən danışdı - Video
11/10/2016 [19:15]:
Prezidentin fərdi təqaüdü 300 manat artırıldı - Fərman
11/10/2016 [19:05]:
Müstəqilliyin 25-ci ildönümü dövlət səviyyəsində qeyd olunacaq - Sərəncam
11/10/2016 [19:02]:
Penitensiar Xidmətin idarə rəisi vəzifəsindən azad edildi
Bütün arxiv bir sırada
Direktor:
Ruslan Bəşirli
Ünvan: Bakı şəhəri,
Nərimanov rayonu,
Əşrəf Əliyev küçəsi, 41
Tel: (012) 514 01 97, (055) 392 39 10
e-mail: [email protected]
Materiallardan istifadə zamanı
www.avropa.info saytına istinad
zəruridir!