VİDEOXƏBƏR
Bombardımanda yaralanan Aya atasını belə axtardı - Suriyalı kiçik yaşlı qızın ürək dağlayan Video görüntüləri (18+)
İlan yığan kişi - Video
Ərdoğanla Putinin mehriban görüşü - Video
FOTOXƏBƏR
Millimizin qələbəsi - Şəkillərdə
Bombardman altında olan Hələbdən - Fotolar
Türkan Şorayın azərbaycanlı oxşarı - Foto
TOP 7
AVROPA.info Facebook-da
Yazar
Məhəmmədəli Qəribli
Elşad Miri
[email protected]
Fazil Mustafa
AVROPA.info-nun arxivi
12/10/2016 [14:14] - Köşə ( 324 dəfə baxılıb)
Azərbaycana "qanun diktaturası" lazımdır, yoxsa, qanunlara əməl olunması?.. - Azər Rəşidoğlu yazır
Azər Rəşidoğlu

Demokratiya nədir? Bizə demokratiya lazımdlrmı? Dünyada demokratiyaya münasibət fərqlidir. Bəziləri “şəxsiyyətin rolu”ndan, digərləri isə qanunların diktaturasından danışırlar. Hər iki tərəf mübahisə edir. Birincilər şəxsiyyətə pərəstişi demokratiya adlandırır, digərləri isə qanunların sərtliyi və hökmranlığını xoşbəxtliyin açarı olduğunu düşünür. Bu zaman məlum olmur ki, hansı qanunların diktaturasından söhbət gedir. Əgər qanunların diktaturasından söhbət gedirsə, öncə ideal qanunlar və ədalətli hakim korpusunun olmasına çalışmalıyıq. İlk öncə ölkədə hüquq sisteminin islahatları aparılmalıdır.

Hakimlərin icra aparatından asılı olması qanunun diktaturasından danışmağa imkan vermir. Azərbaycan vətəndaşı bu gün bir çox qanunlara möhtacdır. Belə olan halda, qanunların diktaturası istər- istəməz özbaşınalığa səbəb ola bilər. Avropa təcrübəsi də göstərir ki, bir çox ölkələrdə qeyri-normal qanunlar diktaturası polis rejiminin qurulması ilə sonuclanıb. Odur ki, liberalizm qanunlardakı boşluqları aradan qaldırmaqda maraqlıdır. Qanunlarda olan boşluqlar elə bir şərait yarada bilər ki, vətəndaşlar “dəmir əl” arzusu ilə alışıb - yana bilər.

Qanun diktaturası isə ona gətirib çıxarar ki, ölkədə nə qanun olar, nə də demokratiya. Qanun olmayan yerdə isə diktatura olur. Diktaturanın nə demək olduğunu isə hamı bilir, qanunun nə demək olduğunu da hamı dərk eləyir, lakin çox az adam “qanun diktaturası”nın nə olduğunu başa düşür.

“Qanun diktaturası” ilə problemlərinin həllinə ümid bəsləyənlər unudurlar ki, bu, yalançi xəyalpərvərlikdən başqa bir şey deyil.

İdarəetmənin özündə dəyişiklik olmasa, qanunlar işləməsə, heç bir diktatura müsbət dəyişikliyə gətirib çıxara bilməz.

Bizə “qanun diktaturası” yox, qanunlara əməl olunması gərəkdir.

Keçid dövründə müxtəlif qruplar dövlətlə dialoqa girir. Düzdür, dialoq hələ eynihüquqlu olmur. Eyni zamanda, özünümüdafiə mənəvi mexanizmləri əsaslı şəkildə möhkəmlənir. Əvvəlcə hakimiyyətə gəlmək istəyənlərin siyasi təşkilatlarının açıqcasına yaranmasına, təşkilinə dövlət tərəfindən icazə verilir. Bu dövlətin xalqdan ayrılığının aradan götürüldüyünü, xalqın dövlətə, eləcə də siyasi qərarların müzakirəsi və qəbul edilməsinə təsir göstərmək imkanlarını üzə çıxarır. Bu cür dialoq dövlət rejimi üçün nisbətən sakitcə yeniləşməyə, legitimliyə şans verir.

Dövlətin monopoliyaya çevrilmiş mülkiyyətdən ayrılması prosesi nəzərə çarpır. Çoxukladlı, qarışıq iqtisadiyyat yaranmağa başlayır. Çətinliklə olsa də, dövlətin iqtisadiyyatdan və mənəvi fəaliyyətdən ayrılması başlayır. Siyasi institutlarda münaqişələr leqallaşır. Münaqişəli idarəetmə yaranır, başqa sözlə, əhalinin müxtəlif təbəqələrinin, əlbəttə, onların nümayəndəliyindən asılı olaraq maraqlarının hesaba alınması nəzərə çarpır.

İctimai həyatın dövlətsizləşdirilməsi iqtisadiyyatı, mədəniyyət və mənəviyyatı mülki cəmiyyətin ayrılmaz hissələrinə çevrilir. Düzdür, hələlik güclü, müxalifətdə olan siyasi qüvvələrin formalaşması, azad həmkarların, azad kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün şərait olduqca azdı. Siyasi fəaliyyət üçün hüquqi baza işlənib hazırlanmayıb. Bir qayda olaraq, söhbət ziddiyyətli qərarların qəbul edilməsindən - siyasi etikanın tələb etdiyi məhdudiyyətlər çərçivəsindən kənara çıxmaq təşəbbüslərindən gedir. Digər tərəfdən, dövlət rejimi dövlətçiliyin sarsılmasının, sosial ehtiraslar və gərginliyin artmasına gətirib çıxaran ekstremist qüvvələrin qarşısını alır. Ona görə ki, ictimai həyatın dövlətsizləşdirilməsinin sürətlənməsi cəmiyyətin sosial strukturunun mürəkkəbləşməsinə gətirir, maraqların qütbləşməsinə, münaqişələrinin artması müşayiət olunur, dövlət strukturlarının və mənəvi qaydaların pozulmasıyla nəticələnir. Bu iki tərəf keçid dövründə siyasi liderlik xüsusiyyətləri vasitəsi ilə paradoksal şəkildə əlaqələndirilə bilər. Elə siyasi sistemin demokratikləşməsinə kəskin ehtiyac duyulur. Bu ehtiyac hər şeydən əvvəl hakimiyyət piramidasının zirvəsində güclü hakimiyyət problemi, həm də hakimiyyətin dövləti tam ələ keçirməsi əleyhinə təminat yaratmaq məqsədilə dövlət funksiyalarının aşkarlıq şəraitində həyata keçirilməsi sistemini gücləndirəndə, cəmiyyətin qəbul olunmuş qaydalardan uzaqlaşmasını, onun axtarışlar və azadlıq axtarmağa hazır olması qətiyyətini möhkəmləndirəndə yaranır.

İndi isə kütləvi şüurun transformasiyasına nəzər salaq. Yeni hakimiyyət sisteminə keçid bilavasitə əvvəlki rəsmi məmnunluq, razılıq, xüsusi adətlərə yenidən baxılması ilə bağlı olur. Razılılıq şüurunun maddi bazasının nisbətən davamlılığı tərəddüdlü razılaşma hissi qəbul edilən həyati təcrübə ictimai əhval-ruhiyyənin ən yaxşı indikatorudur. Əslində isə əsas ümidlərin həyata keçirilməsi prosesində istehlak mürəkkəblikləri artır. Tez-tez narahatçılıq tutmaları özünü göstərir. Razılıq səviyyəsi ilə qazanclar səviyyəsinin istehlakçılıq imkanlarından birbaşa asılılığını qeyd etməklə situasiyanı sadələşdirmək lazım deyil.

Bununla belə, ekstensiv sosialist iqtisadiyyatı və nəzərdən qaçırılmış imkanlar həyati standartların saxlanılmasına yönəldilmiş fəaliyyəti mürəkkəbləşdirir, çətin vəziyyətlərə uyğunlaşma prosesini ləngidir. Qəbul edilmiş həyati idealların yararsızlığı problemi ortaya çıxır. Başqa sözlə desək, ikinci eşalondakı razı qalanlar, yarımistehlakçı mövqedən çıxış edənlər arasında da çətinliklər yaranır, əmək intizamının aşağı səviyyədə saxlanılması şərtilə onlar kifayət qədər az təminata (əmək haqqı üstəgəl yardım, mükafat, hardasa, nəyisə çırpışdırmaq) üstünlük verirlər.

Razılıq, məmnunluq eroziyası ictimai mənəviyyatın acınacaqlı vəziyyətini, kriminal mühitin güclənməsini, bir növ kollektivləşmənin fərdi lazımsızlıq hissini qabarıq şəkildə büruzə verir. Bir çoxlarında isə cəmiyyət üçün yararsız, yad element olma hissi güclənir.

Bütün bunlar cəmiyyətin həm reformasiyası üçün, həm də onun xaos, hərc-mərclik vəziyyətinə düşməsi üçün hazırlıq mərhələsi kimi başa düşülə bilər.

Hər şey öz mənliyini itirmiş məmnun şüurun nəyə inanmasından, həmçinin, məmnun şüurun tənqidlərindən asılıdır. Ziyalıların məhdud bir qrupu bu şüuru demokratiya, insan hüquqlarına və özgəfikirliliyə hörmət mövqeyindən tənqid edirlər. Digər qrup isə bu mövqeyi fərdiliyin milliliyə tabeliyi zərurətindən tənqid edir. Lakin millilik müəyyən mərhələdə demokratiyaya zidd olan avtoritarizm ilə pərdələnə bilər. Təbii ki, bu cür tənqid mürəkkəb sosial, əxlaqi - psixoloji problemlər fonunda öz əhəmiyyətini itirir, əsas məsələ ikinci dərəcəli məsələ ilə çaşdırılır, şəxsi maraqlar ictimai maraqlar ilə, fundamental problemlər isə səthi problemlərlə qarışdırılır...

Xəbər lenti
12/10/2016 [20:07]:
Kadırovu tənqid edən idmançının qızını bıçaqladılar
12/10/2016 [19:43]:
Ermənistanda kütləvi istefalar davam edir
12/10/2016 [19:38]:
Dünyanın ən təhlükəsiz ölkələri
12/10/2016 [19:19]:
Məşhur rusiyalı satirik Mixail Zadornov xərçəng xəstəliyinə tutulub
12/10/2016 [19:13]:
Taksi sürücülərinə xəbərdarlıq!
12/10/2016 [19:11]:
Federal Ehtiyat Sistemi bu gün vacib qərar verəcək
12/10/2016 [19:05]:
Aşura münasibətilə keçirilən qanvermə aksiyası başa çatıb
12/10/2016 [18:54]:
Vidadi Zeynalov və digərlərinin cinayət işi məhkəməyə göndərildi
12/10/2016 [18:52]:
Sarkisyana məktub yazdığına görə əsgəri dəlixanaya saldılar
12/10/2016 [18:00]:
"Suyun içində boğuluruq" - Lənkəranı su basdı (Video)
12/10/2016 [17:58]:
Prokuror qonşusunu öldürən şəxsə 13 il cəza istədi
12/10/2016 [17:47]:
Cavidin azadlıqdakı ilk işi - Qızının bağçasına getdi
12/10/2016 [17:46]:
OPEK-dən Azərbaycanın neft hasilatı ilə bağlı Bəyanat
12/10/2016 [17:40]:
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri arasında - Siyahı
12/10/2016 [17:34]:
Prezident İlham Əliyevdən referendumla bağlı - Sərəncam
12/10/2016 [17:31]:
Səhiyyə Nazirliyindən açıqlama - Açıq sahələrdə siqaret çəkmək qadağan olunacaq
12/10/2016 [17:30]:
Dollar neçəyə satılacaq? - Sabahın məzənnəsi
12/10/2016 [17:21]:
Bakıda qəribə olay: İlan sistemin çökməsinə səbəb oldu (Video)
12/10/2016 [17:18]:
İlham Əliyev 20 nəfəri təltif etdi - Sərəncam
12/10/2016 [17:17]:
İşsizlərə şad xəbər - Yeni qanun layihəsi müzakirəyə çıxarılır
12/10/2016 [16:59]:
"Deyirik ki, sanksiyalar bizə təsir etmir, amma onlar təsir edir!" - Vladimir Putin
12/10/2016 [16:51]:
"Azərbaycanla görüş qrupun "top-oyun"u olacaq" - Yoahim Löv
12/10/2016 [16:48]:
Son dəqiqə: "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynov azadlığa buraxıldı
12/10/2016 [16:42]:
Zakir Həsənov ön cəbhədə: Toplar düşmənə tuşlandı (Fotolar)
12/10/2016 [16:29]:
Sarkisyan hakimiyyəti tənqid edən məmurunu vəzifədən qovdu
12/10/2016 [16:21]:
Tərtərdə dəhşətli cinayət: Dollar satan şəxsin gözünü çıxarıb, işgəncə ilə öldürdülər (Özəl)
12/10/2016 [16:16]:
Müdafiə nazirliyindən açıqlama - 233 hərbçi ordudan qovuldu
12/10/2016 [16:01]:
Gənclər Nərimanovda Müstəqillik günü ilə bağlı bilik yarışması keçirdi - Fotolar
12/10/2016 [15:50]:
"Türkiyə ilə viza rejiminin ləğvinin tərəfindəyik" - Rusiya
12/10/2016 [15:31]:
Musiqili Teatrın Yaradıcılıq Studiyasında yeni tamaşa - Foto
12/10/2016 [15:26]:
Ardı var? - "Azərbaycanın qrupdan çıxması mümkündür"
12/10/2016 [15:25]:
Tağı Əhmədovun qardaşı oğlunu döydülər, öz əmisini satdı
12/10/2016 [15:23]:
Kremldən "Şakro Molodoy" açıqlaması
12/10/2016 [15:00]:
Peskov istefası haqda yayılan xəbərə açıqlama gətirdi
12/10/2016 [14:57]:
""ASAN Visa" xidməti noyabrda işə başlayacaq" - Fuad Ələsgərov
12/10/2016 [14:53]:
Ərdoğanın qarşısında "ikiqat" olan XİN rəhbərindən sensasion sözlər - "Üzv ola bilməyəcək"
12/10/2016 [14:52]:
Ziya Məmmədov vəzifəsindən çıxarıldı - Bu posta Cavid Qurbanov gətirildi
12/10/2016 [14:21]:
Türkiyə Ukrayna ordusu üçün RLS istehsal edəcək
12/10/2016 [14:14]:
Azərbaycana "qanun diktaturası" lazımdır, yoxsa, qanunlara əməl olunması?.. - Azər Rəşidoğlu yazır
12/10/2016 [14:04]:
İndi 4G surətini "Azercell"lə yaşamaq daha asan! - Fotolar
12/10/2016 [13:58]:
Rövşən Lənkəranskinin qətlində adı keçən "qanuni oğru"nun cinayət materialları "yoxa çıxıb"
12/10/2016 [13:52]:
Diaspor təşkilat sədri Danimarkada mükafatlandırılıb - Foto
12/10/2016 [13:48]:
Mağazalarda bu məhsullar kəskin bahalaşdı - Qiymət cədvəli
12/10/2016 [13:17]:
Rusiya aviasiyasının Suriyada yerləşdirilməsi təsdiqləndi
12/10/2016 [12:36]:
"Putin ömürlük prezident olsun" təklifi
12/10/2016 [12:16]:
Səudiyyə Ərəbistanı da dövlət neft istiqrazlarını satmağa başladı
12/10/2016 [11:48]:
Ermənistanda daha bir qalmaqallı istefa gözlənilir
12/10/2016 [11:34]:
"Azərbaycana saxta sənədli miqrant axını artır" - Fuad Ələsgərov
12/10/2016 [11:27]:
İsrail bir günlüyə özünü dünyaya qapatdı
12/10/2016 [11:20]:
Ankarada FETÖ-yə qarşı böyük əməliyyat - 215 polis əməkdaşı haqqında həbs qərarı verildi
12/10/2016 [11:07]:
Aralıq dənizi uğrunda qızğın mübarizə - İran və Rusiya qarşı-qarşıya
12/10/2016 [11:00]:
Nazirlikdən dərman satan şirkətlərə Xəbərdarlıq
12/10/2016 [10:58]:
Səyyar "ASAN Xidmət" Biləcəridə - Fotolar
12/10/2016 [10:54]:
Ərdoğan-Putin görüşündə Peskov yatdı - Video
12/10/2016 [10:50]:
Bakcell beynəlxalq zənglərin qiymətini 16 qəpiyə endirdi
12/10/2016 [10:44]:
Elmar Qasımov Prezident təqaüdçüləri ilə görüşdü
12/10/2016 [10:33]:
Azərbaycan nefti ucuzlaşdı
12/10/2016 [10:31]:
Cəbhədə atəşkəs pozuldu
12/10/2016 [10:23]:
"Baş nazirin müavinləri azalmalı, Qarabağla bağlı vitse-prezident olmalıdır" - Təklif
12/10/2016 [10:16]:
Sumqayıtda qardaş bacısını amansızlıqla öldürdü
12/10/2016 [10:08]:
25 yaşlı oğlan iş adamını güllələdi
12/10/2016 [10:07]:
Bu gün Aşura günüdür
12/10/2016 [10:03]:
Manat dollara nisbətdə bahalaşdı - Rəsmi məzənnə
12/10/2016 [09:53]:
Bakıda 219 bina söküləcək, əhaliyə yeni mənzillər veriləcək - Ünvan
12/10/2016 [09:49]:
"Sonra da başlayacaqsınız Almaniya ilə oyundan qələbə istəməyə" - Rövnəq Abdullayev
12/10/2016 [01:21]:
Azərbaycanda məktəbdə zərdüştlük dininin təbliğ olunduğu üzə çıxdı - Video
12/10/2016 [01:04]:
Millimiz tarix yazmaqda davam edir - 3 görüşdə 7 xal, qrup ikincisi
12/10/2016 [00:51]:
Bombardımanda yaralanan Aya atasını belə axtardı - Suriyalı kiçik yaşlı qızın ürək dağlayan Video görüntüləri (18+)
12/10/2016 [00:01]:
Türkiyə döyüş təyyarələri İraqı bombaladı - PKK-nın silah anbarları, sığınacaqları məhv edildi
11/10/2016 [23:23]:
Azay Quliyev ATƏT-in seçki müşahidə missiyasına rəhbərlik edəcək
11/10/2016 [23:20]:
Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycandan hakim seçilib
11/10/2016 [23:18]:
Yığmamız Çexiyada da tarix yazdı - Yenilənib
11/10/2016 [20:15]:
Erməni əsgər düşmən ordusundakı özbaşınalıq nəticəsində öldürülüb - Müdafiə Nazirliyi
11/10/2016 [20:09]:
Rəşad Sadıqov Çexiyaya qarşı oynamayacaq
11/10/2016 [19:49]:
Nazarbayev Azərbaycana gələsi olmadı
11/10/2016 [19:42]:
Yunanıstana qaçan qiyamçıların sığınacaq tələbi rədd edildi
11/10/2016 [19:23]:
Telekanallar oliqarx Akif Sayadovun cinayətlərindən danışdı - Video
11/10/2016 [19:15]:
Prezidentin fərdi təqaüdü 300 manat artırıldı - Fərman
11/10/2016 [19:05]:
Müstəqilliyin 25-ci ildönümü dövlət səviyyəsində qeyd olunacaq - Sərəncam
11/10/2016 [19:02]:
Penitensiar Xidmətin idarə rəisi vəzifəsindən azad edildi
Bütün arxiv bir sırada
Direktor:
Ruslan Bəşirli
Ünvan: Bakı şəhəri,
Nərimanov rayonu,
Əşrəf Əliyev küçəsi, 41
Tel: (012) 514 01 97, (055) 392 39 10
e-mail: [email protected]
Materiallardan istifadə zamanı
www.avropa.info saytına istinad
zəruridir!