VİDEOXƏBƏR
Bombardımanda yaralanan Aya atasını belə axtardı - Suriyalı kiçik yaşlı qızın ürək dağlayan Video görüntüləri (18+)
İlan yığan kişi - Video
Ərdoğanla Putinin mehriban görüşü - Video
FOTOXƏBƏR
Millimizin qələbəsi - Şəkillərdə
Bombardman altında olan Hələbdən - Fotolar
Türkan Şorayın azərbaycanlı oxşarı - Foto
TOP 7
AVROPA.info Facebook-da
Yazar
Məhəmmədəli Qəribli
Elşad Miri
[email protected]
Fazil Mustafa
AVROPA.info-nun arxivi
11/10/2016 [13:53] - Müsahibə ( 443 dəfə baxılıb)
Telman Adıgözəlovu da həkimlər öldürüb - Oğlu

Avropa.info mərhum xalq artisti Telman Adıgözəlovun oğlu Tural Adıgözəlovun Teleqraf.com-a müsahibəsini təqdim edir: 

- 6 ildir ki, Telman Adıgözəlov aramızda yoxdur. Sizin hislərinizi bilmək, sizin dilinizdən atanızı xatırlamaq və xatırlatmaq istərdik.

- Çox sağ olun. Onun haqqında danışmaqdan heç zaman qaçmamışam. Nə vaxt dəvət ediblər, çağırıblar, qəbul edib məmnuniyyətlə suallara cavab vermişəm. Atam zarafatcıl, mehriban, insanlara dəyər verən adam idi. Evdə ata, səhnədə bir aktyor idi. Evdə heç vaxt işdən danışmazdı. Səhnədə nə qədər zarafatcıl, deyib-gülən olsa da həyatda bir o qədər ciddi, mehriban, sadə idi.

İnsanlarla ünsiyyət qurmağı sevirdi. Onun üçün insan faktoru çox önəmliydi. Deyirdi ki, nə qədər dostum, tanışın çox olsa, o qədər yaxşıdır. Sevmədiyi insanlarla bir araya gəlmirdi. O insanlar da çox az idi.

- Məşhurluğunu nə vaxt hiss etdiniz?

- Elə uşaqlıqdan... Atamla harasa gedəndə hamı onu tanıyırdı, görüşürdü, söhbətləşirdi.

- Heç məktəbdə atanıza görə sizə güzəşt olub?

- (gülür) Yox, xüsusi güzəştlərim olmayıb. Amma bir-iki dəfə nəsə ola bilərdi.

- Məşhurların övladları adətən dəcəl, kaprizli olurlar... 

- Yox, mən dəcəl deyildim. Yadımdadır ki, aşağı siniflərdə atam məni məktəbə aparardı, amma yuxarı siniflərdə özüm gedirdim. Elə şərait yaratmırdım ki, atam mənə görə məktəbə gəlsin, tənbeh götürsün.

- Telman bəyin ailəcanlığı həmişə hiss olunurdu. Çox az aktyor belə ailəcanlı olur.

- Atam çox ailəcanlı idi. İşləri çox idi, amma ailəsinə maksimum vaxt ayırardı. Ata tərəfdən heç vaxt korluq çəkməmişik. Bir az asqıranda, öskürəndə xəstələnməyimizdən narahat olurdu, həkimə aparırdı. Bizi hər altı aydan bir həkimə aparıb, yoxlatdırırdı. Özü də deyirdi ki, nə edirəmsə, ailəm üçün edirəm.

- Onun haqqında çox qəribə və təzadlı şayiələr gəzir. Məsələn, bəziləri deyir, o, çox korluq çəkib, bəziləri isə biznesi olduğunu deyir.

- Yazılanların hamısıyla tanışam. Guya deyirdilər ki, atamın imkanı olmadığına görə dişlərini müalicə etmək istəməyib (gülür). Ailəmiz həmişə orta səviyyədə dolanıb, yəni korluq çəkməmişik.

Dişlərini də xofu olduğuna görə müalicə etdirməyib. Bir dəfə həkimə gedib, iynəni düz vurmayıblar, boğazı şişib, az qala boğulurmuş. Ona görə böyük stress yaşayıb və elə sonralar da diş həkiminin xofu canında qalmışdı. Deyirdi qızım diş həkimi olacaq və mənim dişlərimi düzəldəcək. Bacım diş həkimliyini bitirdi, öz sahəsində püxtələşdi, amma atam heç onda da gedib dişlərini düzəltdirmədi.

- Bəs bununla bağlı narahatlıq keçirmirdi?

- Axır vaxtlar deyirdi ki, artıq bu vəziyyətə öyrəşmişəm. Bunu da yəqin həkimə getməməyin dərdindən deyirdi.

- Həmişə fikirləşirdim ki, aktyorlar toylarda tamadalıq etməyə sadəcə məcburiyyətdən gedirlər. Amma bir dəfə Əjdər Həmidov söhbət əsnasında dedi ki, toylara çağrılmadığım gün faciəm başlanacaq. Çağırılıramsa, deməli, sevilirəm, tələb olunuram.

- Atam o işi sevmirdi, sadəcə məcburiyyətdən, gəlir xatirinə edirdi. Teatrda maaşlar çox aşağı idi, ona görə buna məcbur idi. Amma 50 yaşından sonra daha toylara az-az gedirdi. Deyirdi çox yoruluram, başım ağrıyır.

- Sizi tamaşalara aparırdı?

- Həmişə. Mən bütün tamaşaların səhnə arxasında gəzərdim. Bufetdə oturardıq, aktyorlar ora yığışırdı. Premyeralara da ailəvi gedərdik. “Kino klub” verilişinin çəkilişlərində də iştirak edərdim.

- Tural bəy, atanızın bu sənətdən getmək istədiyi anları olub? Getsəydi, xüsusi qabiliyyəti olduğunu başqa peşə vardımı?

- Teatrdan ayrılmaq istəyi olmayıb. Bu sənəti çox sevirdi. Onu başqa peşədə təsəvvür etmək çətindir. Amma atam çox gözəl rəqs etməyi bacarırdı. Çünki gənclikdə uzun müddət rəqslə məşğul olub. Hətta ansambla çıxış edib. İkinci sahə kimi rəqsi deyə bilərəm, amma biznesi olmayıb. O işi bacarmayıb.

- İstəyi olub?

- Təklif ediləndə deyirdi ki, o işi bacarmıram, ona nə vaxtım, nə də səbrim var. 

- Amma deyirdilər Telman Adıgözəlovun qızıl dükanı var. 

- Səhv məlumatdır. Olsaydı, deyərdim.

- Tural bəy, atanızın ən çox yadınızda qalan məsləhəti, sözü hansıdır?

- Çox məsləhətləri olub, amma hər zaman xatırladığım bir sözü var. Deyirdi insanlara söz verdinsə, onu mütləq yerinə yetir. Kişi verdiyi sözün ağası olar.

- Ananıza qarşı qısqanc olub deyəsən. Çox yerə getməyə qoymurmuş. Hətta işləməyə belə...

- Yox, işləməyə icazə verirdi. Anam bağçada müəllimə işləyirdi. Sadəcə atam bir az qısqanc kişilərdən idi. Anamı neçə dəfə bağçaya müdir qoymaq istəyirdilər, amma atam istəmədi. Deyirdi sən bütün gün işdə olacaqsan, yorulacaqsan. Atam ailəsinə qarşı çox diqqətcil və qapalıydır. Neçə dəfələrlə bizi ailəlikcə çəkmək istəyirdilər, amma atam razılıq vermirdi. Anamdan müsahibə götürmək istəyən jurnalistlərə deyirdi oğlum danışa bilər, amma yoldaşım yox.

- Ananız hələ də müsahibə vermir. 

- Elədir. Atam sağlığında istəmirdi, indi də anam onun istəmədiyi şeyi etmək istəmir.

- Sizə, bacınıza qarşı da qadağası vardı?

- Sənət baxımından heç vaxt qadağası olmayıb. Oğlu olaraq mənə əsas qadağası içkiylə bağlıydı. Atam toylara getdiyinə görə çox adam elə bilirdi ki, içki içib. Amma atam heç vaxt içməyib. Yalnız siqaret çəkirdi. Bəzən deyirdilər axı atanı içərkən görmüşük. Çünki atam məclisə görə əlinə bakal alıb, tutuşdururdu, amma içmirdi. Mənə də deyirdi səni içən görməyim. Yaxın dostları bunu təsdiqləyə bilər.

- Ananızla tanışlığı haqda danışmağınızı istəyirəm. Qohum idilər?

- Qohum yox, Balakəndə qonşu olublar. Anam da balakənlidir. Atamgil əslən ordubadlı olsalar da köç zamanı Balakəndə məskunlaşıblar. Atam Balakəndə anadan olub. Balakənin rütübətli havası atama düşmədi. Uşaq vaxtı ona soyuq dəyib, qolundakı yara irinləyib, həkim də deyib ki, burda qala bilməz. Balakəndə qalsa uşağın qolu çürüyə bilər. Ona görə məcbur olub Bakıya köçüblər. O yaranın izi həmişə qaldı, onun sol qolunda dəri sümüyə yapışmışdı.

Atam 30 yaşında anamla ailə qurub. O vaxt üçün bu yaş gec idi. Elə həmişə də deyirdi gec evlənmişəm. Qonşu olduqlarına görə uşaqlıqdan bir-birlərini tanıyırdılar. Anam təbiətcə çox sakit qadındır. Atamın sözündən çıxmazdı.

- Telman bəyin qısqanclığını dediniz, bəs ananız onu qısqanmayıb?

- Səhnədə və çəkilişlərdə olanları sənət kimi qəbul edirdi, ona görə qısqanmırdı.

- Deyirlər, ölümü də əvvəldən hiss etmək olurmuş. Özü hiss etmişdimi?

- Biz hiss etməmişik. Hətta mən ümumiyyətlə... Atamın sonuncu çəkilişi “Kino klub” verilişində olub. Verilişin sonunda atamın bir kadrı var: orda həmişəlik vidalaşan bir adam kimi danışır və ən sonda əli ilə hamıyla sağollaşır. Çox qəribə kadrdır.

Bir də Fatmayidə bağ qonşumuz deyirdi, vəfatından iki gün öncə ora gedib, onlara baş çəkib. Dediyinə görə, bir az söhbət edib və sonda atam onunla sanki vidalaşırmış kimi sağollaşıb, ayrılıb.

Bəlkə də ölümünü hiss edirmiş. Amma yenə deyirəm, ailəsi olaraq bizə hiss etdirməyib.

- Doğrudur ki, Telman bəyin ölümünə səbəb düzgün diaqnozun qoyulmaması olub?

- Bəli. Atam mikroinfakt keçirmişdi. Həkimə gedib, düzgün diaqnoz qoymayıblar. Deyiblər belində duz var, ona uyğun da müalicə yazıblar. Altı ay sonra yenidən infarkt oldu. Ürək damarlarının tıxanması baş verdi və bu dəfə ürək fəaliyyətini dayandırdı.

- Hacı İsmayılov deyirdi, Telman 57 rəqəmindən qorxurmuş. Deyəsən, maşının nömrəsini də buna görə dəyişib. 

- O lap köhnə maşınının nömrəsi idi. Amma 57 rəqəmiylə bağlı bir söz deyə bilmərəm, çünki hiss etməmişəm. Onu bilirəm ki, doğum günlərində həmişə kövrək olurdu. Görünür, yaşının üzərinə yaş gəlməsindən qorxurmuş.

- Telman bəyi qalstuk-kostyumsuz təsəvvür etmək qeyri-mümkündür. Bilirəm ki, geyim ən həssas yeriymiş. Özü də brend markaların geyimlərini sevirdi. Bakıdan alırdı?

- Ən çox Bakıdan alırdı. Xarici ölkəyə də gedəndə alıb gətirirdi. O, brend markalı kostyumların birinci müştərisi idi. Hətta rəhmətə gedəndən sonra bir brend dükanın sahibi evə gəlib, bizə pul verdi, dedi, Telman bir kostyum üçün beh qoyubmuş. O qədər qalstuk, ayaqqabı, köynək, kostyum alırdı ki, evdə onların əlindən tərpənmək olmurdu (gülür).

- Bir müsahibənizdə demisiniz ki, əsgərliyə gətirdiyi sovqatı geri göndərdiyinizə görə peşman olmusunuz. Sizdən çoxmu incimişdi?

- Mən Milli Qvardiyada qulluq etmişəm. Atamı hamı tanıyırdı deyə, ora çox gəlməsini istəmirdim. Doğrudur, orda heç kəsə ayrıseçkilik qoyulmur. Amma yenə də tez-tez gəlməsinin əleyhinə idim. Gələndə də nə gətirəcəyi ilə bağlı mənimlə məsləhətləşərdi.

Yadımdadır ki, yeni il bayramı idi, qar yağmışdı, yanıma gəldi, məndən xəbərsiz sovqat da gətirmişdi. O sovqatı bölüyün içinə aparmağı özümə sığışdırmadım. Ona görə geri göndərdim. Mənə heç nə bildirmədi, amma yəqin ki, incidi. Çünki heç nə demədi. Halbuki o sovqatı götürə bilərdim. Gərək qaytarmayaydım.

- Tural bəy, atanızın qəbirüstünün düzəldilməməsiylə bağlı Mədəniyyət və Turizm Nazirliyi ilə aranızda gərginlik yaşanmışdı. İndi vəziyyət necədir?

- O məsələdən sonra bir də üz-üzə gəlmədik. İnciklik deyəndə ki, adamın Allahı var, qəbirüstünü düzəltdilər, yas mərasimini də dövlət etdi. İncikliyimiz Fəxri Xiyaban və vida mərasiminin keçirilməməsi oldu. Bunu bizə təklif etməmişdilər.

- Amma xatırladığım qədər qəbirüstünün düzəldilməməsiylə bağlı narahatlığını mətbuata açıqlamışdınız.  

- O məsələdə mən cavanlıq etdim. Tələsdim. Heç atamın 40 günü olmamış, artıq qəbirüstü hazır idi.

- Telman bəy övladlarının toyunu və nəvələrini görmədi. Neçə nəvəsi var?

- Üç. Mənim bir oğlum, bir qızım, bacımın isə bir qızı var.

- Oğlunuzun adını Telman qoymusunuz. Şəkillərdən gördüyüm qədər elə atanızın uşaqlığına oxşayır. Atanızı balaca Telmanın simasında görmək necə bir hissdir?

- Atam aprel ayında dünyaya gəlib, oğlum da o ayda doğulub. Atamın adını qoyduq, böyüdükcə də elə ona bənzəməyə başladı...

Xəbər lenti
12/10/2016 [20:07]:
Kadırovu tənqid edən idmançının qızını bıçaqladılar
12/10/2016 [19:43]:
Ermənistanda kütləvi istefalar davam edir
12/10/2016 [19:38]:
Dünyanın ən təhlükəsiz ölkələri
12/10/2016 [19:19]:
Məşhur rusiyalı satirik Mixail Zadornov xərçəng xəstəliyinə tutulub
12/10/2016 [19:13]:
Taksi sürücülərinə xəbərdarlıq!
12/10/2016 [19:11]:
Federal Ehtiyat Sistemi bu gün vacib qərar verəcək
12/10/2016 [19:05]:
Aşura münasibətilə keçirilən qanvermə aksiyası başa çatıb
12/10/2016 [18:54]:
Vidadi Zeynalov və digərlərinin cinayət işi məhkəməyə göndərildi
12/10/2016 [18:52]:
Sarkisyana məktub yazdığına görə əsgəri dəlixanaya saldılar
12/10/2016 [18:00]:
"Suyun içində boğuluruq" - Lənkəranı su basdı (Video)
12/10/2016 [17:58]:
Prokuror qonşusunu öldürən şəxsə 13 il cəza istədi
12/10/2016 [17:47]:
Cavidin azadlıqdakı ilk işi - Qızının bağçasına getdi
12/10/2016 [17:46]:
OPEK-dən Azərbaycanın neft hasilatı ilə bağlı Bəyanat
12/10/2016 [17:40]:
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri arasında - Siyahı
12/10/2016 [17:34]:
Prezident İlham Əliyevdən referendumla bağlı - Sərəncam
12/10/2016 [17:31]:
Səhiyyə Nazirliyindən açıqlama - Açıq sahələrdə siqaret çəkmək qadağan olunacaq
12/10/2016 [17:30]:
Dollar neçəyə satılacaq? - Sabahın məzənnəsi
12/10/2016 [17:21]:
Bakıda qəribə olay: İlan sistemin çökməsinə səbəb oldu (Video)
12/10/2016 [17:18]:
İlham Əliyev 20 nəfəri təltif etdi - Sərəncam
12/10/2016 [17:17]:
İşsizlərə şad xəbər - Yeni qanun layihəsi müzakirəyə çıxarılır
12/10/2016 [16:59]:
"Deyirik ki, sanksiyalar bizə təsir etmir, amma onlar təsir edir!" - Vladimir Putin
12/10/2016 [16:51]:
"Azərbaycanla görüş qrupun "top-oyun"u olacaq" - Yoahim Löv
12/10/2016 [16:48]:
Son dəqiqə: "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynov azadlığa buraxıldı
12/10/2016 [16:42]:
Zakir Həsənov ön cəbhədə: Toplar düşmənə tuşlandı (Fotolar)
12/10/2016 [16:29]:
Sarkisyan hakimiyyəti tənqid edən məmurunu vəzifədən qovdu
12/10/2016 [16:21]:
Tərtərdə dəhşətli cinayət: Dollar satan şəxsin gözünü çıxarıb, işgəncə ilə öldürdülər (Özəl)
12/10/2016 [16:16]:
Müdafiə nazirliyindən açıqlama - 233 hərbçi ordudan qovuldu
12/10/2016 [16:01]:
Gənclər Nərimanovda Müstəqillik günü ilə bağlı bilik yarışması keçirdi - Fotolar
12/10/2016 [15:50]:
"Türkiyə ilə viza rejiminin ləğvinin tərəfindəyik" - Rusiya
12/10/2016 [15:31]:
Musiqili Teatrın Yaradıcılıq Studiyasında yeni tamaşa - Foto
12/10/2016 [15:26]:
Ardı var? - "Azərbaycanın qrupdan çıxması mümkündür"
12/10/2016 [15:25]:
Tağı Əhmədovun qardaşı oğlunu döydülər, öz əmisini satdı
12/10/2016 [15:23]:
Kremldən "Şakro Molodoy" açıqlaması
12/10/2016 [15:00]:
Peskov istefası haqda yayılan xəbərə açıqlama gətirdi
12/10/2016 [14:57]:
""ASAN Visa" xidməti noyabrda işə başlayacaq" - Fuad Ələsgərov
12/10/2016 [14:53]:
Ərdoğanın qarşısında "ikiqat" olan XİN rəhbərindən sensasion sözlər - "Üzv ola bilməyəcək"
12/10/2016 [14:52]:
Ziya Məmmədov vəzifəsindən çıxarıldı - Bu posta Cavid Qurbanov gətirildi
12/10/2016 [14:21]:
Türkiyə Ukrayna ordusu üçün RLS istehsal edəcək
12/10/2016 [14:14]:
Azərbaycana "qanun diktaturası" lazımdır, yoxsa, qanunlara əməl olunması?.. - Azər Rəşidoğlu yazır
12/10/2016 [14:04]:
İndi 4G surətini "Azercell"lə yaşamaq daha asan! - Fotolar
12/10/2016 [13:58]:
Rövşən Lənkəranskinin qətlində adı keçən "qanuni oğru"nun cinayət materialları "yoxa çıxıb"
12/10/2016 [13:52]:
Diaspor təşkilat sədri Danimarkada mükafatlandırılıb - Foto
12/10/2016 [13:48]:
Mağazalarda bu məhsullar kəskin bahalaşdı - Qiymət cədvəli
12/10/2016 [13:17]:
Rusiya aviasiyasının Suriyada yerləşdirilməsi təsdiqləndi
12/10/2016 [12:36]:
"Putin ömürlük prezident olsun" təklifi
12/10/2016 [12:16]:
Səudiyyə Ərəbistanı da dövlət neft istiqrazlarını satmağa başladı
12/10/2016 [11:48]:
Ermənistanda daha bir qalmaqallı istefa gözlənilir
12/10/2016 [11:34]:
"Azərbaycana saxta sənədli miqrant axını artır" - Fuad Ələsgərov
12/10/2016 [11:27]:
İsrail bir günlüyə özünü dünyaya qapatdı
12/10/2016 [11:20]:
Ankarada FETÖ-yə qarşı böyük əməliyyat - 215 polis əməkdaşı haqqında həbs qərarı verildi
12/10/2016 [11:07]:
Aralıq dənizi uğrunda qızğın mübarizə - İran və Rusiya qarşı-qarşıya
12/10/2016 [11:00]:
Nazirlikdən dərman satan şirkətlərə Xəbərdarlıq
12/10/2016 [10:58]:
Səyyar "ASAN Xidmət" Biləcəridə - Fotolar
12/10/2016 [10:54]:
Ərdoğan-Putin görüşündə Peskov yatdı - Video
12/10/2016 [10:50]:
Bakcell beynəlxalq zənglərin qiymətini 16 qəpiyə endirdi
12/10/2016 [10:44]:
Elmar Qasımov Prezident təqaüdçüləri ilə görüşdü
12/10/2016 [10:33]:
Azərbaycan nefti ucuzlaşdı
12/10/2016 [10:31]:
Cəbhədə atəşkəs pozuldu
12/10/2016 [10:23]:
"Baş nazirin müavinləri azalmalı, Qarabağla bağlı vitse-prezident olmalıdır" - Təklif
12/10/2016 [10:16]:
Sumqayıtda qardaş bacısını amansızlıqla öldürdü
12/10/2016 [10:08]:
25 yaşlı oğlan iş adamını güllələdi
12/10/2016 [10:07]:
Bu gün Aşura günüdür
12/10/2016 [10:03]:
Manat dollara nisbətdə bahalaşdı - Rəsmi məzənnə
12/10/2016 [09:53]:
Bakıda 219 bina söküləcək, əhaliyə yeni mənzillər veriləcək - Ünvan
12/10/2016 [09:49]:
"Sonra da başlayacaqsınız Almaniya ilə oyundan qələbə istəməyə" - Rövnəq Abdullayev
12/10/2016 [01:21]:
Azərbaycanda məktəbdə zərdüştlük dininin təbliğ olunduğu üzə çıxdı - Video
12/10/2016 [01:04]:
Millimiz tarix yazmaqda davam edir - 3 görüşdə 7 xal, qrup ikincisi
12/10/2016 [00:51]:
Bombardımanda yaralanan Aya atasını belə axtardı - Suriyalı kiçik yaşlı qızın ürək dağlayan Video görüntüləri (18+)
12/10/2016 [00:01]:
Türkiyə döyüş təyyarələri İraqı bombaladı - PKK-nın silah anbarları, sığınacaqları məhv edildi
11/10/2016 [23:23]:
Azay Quliyev ATƏT-in seçki müşahidə missiyasına rəhbərlik edəcək
11/10/2016 [23:20]:
Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycandan hakim seçilib
11/10/2016 [23:18]:
Yığmamız Çexiyada da tarix yazdı - Yenilənib
11/10/2016 [20:15]:
Erməni əsgər düşmən ordusundakı özbaşınalıq nəticəsində öldürülüb - Müdafiə Nazirliyi
11/10/2016 [20:09]:
Rəşad Sadıqov Çexiyaya qarşı oynamayacaq
11/10/2016 [19:49]:
Nazarbayev Azərbaycana gələsi olmadı
11/10/2016 [19:42]:
Yunanıstana qaçan qiyamçıların sığınacaq tələbi rədd edildi
11/10/2016 [19:23]:
Telekanallar oliqarx Akif Sayadovun cinayətlərindən danışdı - Video
11/10/2016 [19:15]:
Prezidentin fərdi təqaüdü 300 manat artırıldı - Fərman
11/10/2016 [19:05]:
Müstəqilliyin 25-ci ildönümü dövlət səviyyəsində qeyd olunacaq - Sərəncam
11/10/2016 [19:02]:
Penitensiar Xidmətin idarə rəisi vəzifəsindən azad edildi
Bütün arxiv bir sırada
Direktor:
Ruslan Bəşirli
Ünvan: Bakı şəhəri,
Nərimanov rayonu,
Əşrəf Əliyev küçəsi, 41
Tel: (012) 514 01 97, (055) 392 39 10
e-mail: [email protected]
Materiallardan istifadə zamanı
www.avropa.info saytına istinad
zəruridir!