VİDEOXƏBƏR
Bombardımanda yaralanan Aya atasını belə axtardı - Suriyalı kiçik yaşlı qızın ürək dağlayan Video görüntüləri (18+)
İlan yığan kişi - Video
Ərdoğanla Putinin mehriban görüşü - Video
FOTOXƏBƏR
Millimizin qələbəsi - Şəkillərdə
Bombardman altında olan Hələbdən - Fotolar
Türkan Şorayın azərbaycanlı oxşarı - Foto
TOP 7
AVROPA.info Facebook-da
Yazar
Məhəmmədəli Qəribli
Elşad Miri
[email protected]
Fazil Mustafa
AVROPA.info-nun arxivi
11/10/2016 [10:23] - Araşdırma ( 536 dəfə baxılıb)
Ərəb ədəbiyyatşünaslığı: diqqətə ehtiyacı olan elm sahəsi

Ərəb ədəbiyyatının tədrisi və tədqiqi sahəsində ölkəmizdə həmişə güclü ənənə olub. Vaxtilə professor Məmməd Mübariz Əlizadənin rəhbərlik etdiyi Yaxın Şərq Xalqları Ədəbiyyatı Tarixi kimi bir kafedrada toplaşmış alimlərimiz bu sahədə öz sözlərini deyib güclü bir məktəb yaratmağa nail olmuşlar. Təəssüf ki, bu məktəbi yaratmış alimlər dünyadan köçdükdən sonra, 1991 ildə adı çəkilən kafedra bağlanmışdır. Həmin vaxtdan ərəb dilçiliyi ilə yanaşı, ərəb ədəbiyyatşünaslığı da görkəmli alim, Prezident təqaüdçüsü, BDU-nun İlahiyyat fakültəsinin dekanı, Ərəb Filologiyası kafedrasının müdiri, “Şərəf” və “Şöhrət” ordenli, əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyevin himayəsinə keçmişdir. 

2014-cü ildə BDU-nun Ərəb Filologiyası kafedrasının dosenti, Şərqşünaslıq fakültəsinin Elmi Şurasının katibi Könül Məmmədovanın “Məhəmməd ibn Səllam əl-Cumahinin “Tabaqatu Fuhuliş-şüəra” əsərinin ərəb ədəbiyyatşünaslığı tarixində rolu” adlı dərs vəsaiti nəşr olunub. Dərs vəsaiti Təhsil Nazirliyinin 136 saylı əmri ilə işıq üzü görüb. (Həmin vaxt Birləşmiş Ştatlarda elmi ezamiyyətdə olduğumdan, əsərin kafedradakı müzakirəsindən xəbərim yoxdur.) Kitabın elmi redaktoru Şərqşünaslıq fakültəsinin dekanı, professor Elxan Əzizov, rəyçiləri akademik Vasim Məmmədəliyev, professor Vilayət Cəfərov və dosent Çinarə Mütəllimovadır. 

Təbii ki, ərəb ədəbiyyatşünaslığı sahəsində hər bir yeni əsər ancaq sevinc doğura bilər. Amma kitabın elə birinci səhifəsindən həmkarlarımın bəlkə də açıb oxumadıqları bir əsərə rəy yazmaları qənaətinə gəldim. Əsərin həqiqi elmi redaktəyə ehtiyacı da öz yerində. Əsərin birinci səhifəsində M. Əttayə adlı müəllifdən böyük bir sitat gətirilir. Görünür, bu mətni əxz etdiyi əsərdə mənbələr göstərilmədiyindən, (adətən bu hala tələbələrin yazdığı buraxılış işlərində rast gəlinir) Könül xanım yalançı bir mənbə göstərir və XI əsr ərəb alimi Xətib Bağdadiyə (!!) istinad verir. Əslən suriyalı olan, amma ailəsi ilə Rusiyada yaşamış və rus alimi sayılan Attaya Mixail Osipoviçin (1852-1924) ədəbiyyat siyahısında nə adı, nə də “Oşerk po istorii arabskoy literaturı” əsəri yer almır. 

Əsərin sonrakı səhifələrində qeyri-professionallıq daha da gülünc hal alır. Bu səhifələrə gülməli istinadlar bəzəyi vurulub. Məsələn, 4-cü səhifədə Orta əsr ərəb müəlliflərinin adları çəkilib onların yaşadıqları tarix göstərilərkən heç ehtiyac olmadığı halda saxta istinadlar edilir. Həmin istinadlardan belə bir fikir hasil olur ki, bu tarixlərin yarısı Arzu Cəbrailovanın ərəb üzri poeziyası barədə dissertasiyasının avtoreferatından, yarısı isə Malik Mahmudovun “Ərəbcə yazmış azərbaycanlı ədib və şairlər” kitabından götürülüb. Sonrakı səhifələr də başdan ayağa saxta istinadlardan ibarətdir. Belə bir təəssürat yaranır ki, əsər hardansa köçürülüb, sonra ona istinadlardan bəzək vurulub. Rəyçilər heç olmasa kitabı açıb baxmalı idilər. Könül xanıma heç olmasa adi iqtibas qaydalarını öyrətmək lazım idi. Axı bu ərəb ədəbiyyatşünaslığıdır. Bu fənni bu dərəcədə ələ salmaq olarmı?!

Həmin səhifədəki “ibtidai ərəb-islam tədqiqatçıları” ifadəsi və kitabdakı bir sıra dolaşıq ifadələr redaktənin bərbadlığından xəbər verir. Ümumiyyətlə, əsər anlaşılmaz cümlələr və yanlış mülahizələrlə doludur.
Əsərin 13-ci səhifəsində Əhməd Kömürçünün “Ərəb ədəbi tənqidinin inkişafında Qudama ibn Cəfər mərhələsi” adlı dissertasiyasından 17 sətir plagiat nəzərə çarpır. 116-cı səhifədəki ikinci abzas da istinad verilmədən Əhməd Kömürçüdən köçürülüb. Əsərin 26-27-ci səhifələri İ. Filştinskinin “İstoriya arabskoy lteraraturı” kitabının (1985-ci il nəşri) 460-463-cü səhifələrindən plagiatdır. Həmin səhifələrdə müəllif gah fransızca bir ensiklopediyaya, gah Marqoliusa, gah da Gövhər Baxşəliyevaya istinad verir. Bəlkə də Könül xanım köçürdüyü hissələrin Filştinskidən olmasından xəbərsiz olub. Qəribədir ki, kitabın 41-ci səhifəsində Malik Mahmudovun “Xətib Təbrizi” kitabından böyük bir sitat gətirilir, burada Xətib Təbrizinin Əbu Təmmamla bağlı fikirləri söylənilir, amma Mahmudovun kitabına istinad verilmir, əksinə, Əbu Təmmamın öz divanına istinad verilir. Belə çıxır ki, Əbu Təmmam (846 –da vəfat edib) böyük bir uzaqgörənliklə özündən iki əsr sonra yaşamış Xətib Təbrizinin onun barəsində fikirlərini qabaqcadan bilib öz divanında əks etdiribmiş. Eyni halı Əbül-Əla əl-Məərri ilə bağlı hissədə də müşahidə edirik (səh. 15).

Əsərin sonuna doğru guya birbaşa əl-Cumahinin (845-də vəfat edib) özünə istinadlarla bəzi cahiliyyət şairləri barədə geniş bioqrafik məlumat verilir, amma həmin hissələrin əl-Cumahi ilə heç bir əlaqəsi yoxdur. Bu hissə mühazirə materialı təsiri bağışlayır. Çünki, əl-Cumahi öz əsərində bu cür geniş bioqrafik xəbərlərə yer ayırmayıb. O, üstünlüyü poeziya nümunələrinə verib. Həmin hissədə K. Məmmədovanın müasir ədəbiyyatşünaslıqla bağlı fikirləri Orta əsr müəllifinə aid etməsi gülünc təsir bağışlayır. 

Əsərin sonuncu səhifəsində də K. Məmmədova öz ənənəsinə sadiq qalıb yenə də saxta istinada əl atır. Bu dəfə o, nədənsə, Əhməd Kömürçüyə istinad verir. Özü də cəmi 29 səhifəlik avtoreferatın 60-cı və 89-cu səhifələrinə.

Mən Könül xanımı qınamıram. Günah ona bu cür yanlış istiqamət verənlərdədir. Bu kitab bir daha ona dəlalət edir ki, ölkəmizdə sağlam elmi mühit və tənqid yox dərəcəsindədir. 

Ümid edirəm ki, həmkarlarım bu yazıdan düzgün nəticə çıxara biləcək, bir az daha diqqətli davranacaq, cavan kadrların irəli çəkilməsində, dərəcə və adların verilməsində, müəllimlərin tam ştata keçirilməsində daha ədalətli və obyektiv olacaqlar.

Professor Aida Qasımova

Avropa.info yazıda adı çəkilən müəllifin cavab haqqını tanıdığını və Könül Məmmədovanın da yazısını dərc etməyə hazır olduğunu bildirir.

Xəbər lenti
12/10/2016 [20:07]:
Kadırovu tənqid edən idmançının qızını bıçaqladılar
12/10/2016 [19:43]:
Ermənistanda kütləvi istefalar davam edir
12/10/2016 [19:38]:
Dünyanın ən təhlükəsiz ölkələri
12/10/2016 [19:19]:
Məşhur rusiyalı satirik Mixail Zadornov xərçəng xəstəliyinə tutulub
12/10/2016 [19:13]:
Taksi sürücülərinə xəbərdarlıq!
12/10/2016 [19:11]:
Federal Ehtiyat Sistemi bu gün vacib qərar verəcək
12/10/2016 [19:05]:
Aşura münasibətilə keçirilən qanvermə aksiyası başa çatıb
12/10/2016 [18:54]:
Vidadi Zeynalov və digərlərinin cinayət işi məhkəməyə göndərildi
12/10/2016 [18:52]:
Sarkisyana məktub yazdığına görə əsgəri dəlixanaya saldılar
12/10/2016 [18:00]:
"Suyun içində boğuluruq" - Lənkəranı su basdı (Video)
12/10/2016 [17:58]:
Prokuror qonşusunu öldürən şəxsə 13 il cəza istədi
12/10/2016 [17:47]:
Cavidin azadlıqdakı ilk işi - Qızının bağçasına getdi
12/10/2016 [17:46]:
OPEK-dən Azərbaycanın neft hasilatı ilə bağlı Bəyanat
12/10/2016 [17:40]:
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri arasında - Siyahı
12/10/2016 [17:34]:
Prezident İlham Əliyevdən referendumla bağlı - Sərəncam
12/10/2016 [17:31]:
Səhiyyə Nazirliyindən açıqlama - Açıq sahələrdə siqaret çəkmək qadağan olunacaq
12/10/2016 [17:30]:
Dollar neçəyə satılacaq? - Sabahın məzənnəsi
12/10/2016 [17:21]:
Bakıda qəribə olay: İlan sistemin çökməsinə səbəb oldu (Video)
12/10/2016 [17:18]:
İlham Əliyev 20 nəfəri təltif etdi - Sərəncam
12/10/2016 [17:17]:
İşsizlərə şad xəbər - Yeni qanun layihəsi müzakirəyə çıxarılır
12/10/2016 [16:59]:
"Deyirik ki, sanksiyalar bizə təsir etmir, amma onlar təsir edir!" - Vladimir Putin
12/10/2016 [16:51]:
"Azərbaycanla görüş qrupun "top-oyun"u olacaq" - Yoahim Löv
12/10/2016 [16:48]:
Son dəqiqə: "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynov azadlığa buraxıldı
12/10/2016 [16:42]:
Zakir Həsənov ön cəbhədə: Toplar düşmənə tuşlandı (Fotolar)
12/10/2016 [16:29]:
Sarkisyan hakimiyyəti tənqid edən məmurunu vəzifədən qovdu
12/10/2016 [16:21]:
Tərtərdə dəhşətli cinayət: Dollar satan şəxsin gözünü çıxarıb, işgəncə ilə öldürdülər (Özəl)
12/10/2016 [16:16]:
Müdafiə nazirliyindən açıqlama - 233 hərbçi ordudan qovuldu
12/10/2016 [16:01]:
Gənclər Nərimanovda Müstəqillik günü ilə bağlı bilik yarışması keçirdi - Fotolar
12/10/2016 [15:50]:
"Türkiyə ilə viza rejiminin ləğvinin tərəfindəyik" - Rusiya
12/10/2016 [15:31]:
Musiqili Teatrın Yaradıcılıq Studiyasında yeni tamaşa - Foto
12/10/2016 [15:26]:
Ardı var? - "Azərbaycanın qrupdan çıxması mümkündür"
12/10/2016 [15:25]:
Tağı Əhmədovun qardaşı oğlunu döydülər, öz əmisini satdı
12/10/2016 [15:23]:
Kremldən "Şakro Molodoy" açıqlaması
12/10/2016 [15:00]:
Peskov istefası haqda yayılan xəbərə açıqlama gətirdi
12/10/2016 [14:57]:
""ASAN Visa" xidməti noyabrda işə başlayacaq" - Fuad Ələsgərov
12/10/2016 [14:53]:
Ərdoğanın qarşısında "ikiqat" olan XİN rəhbərindən sensasion sözlər - "Üzv ola bilməyəcək"
12/10/2016 [14:52]:
Ziya Məmmədov vəzifəsindən çıxarıldı - Bu posta Cavid Qurbanov gətirildi
12/10/2016 [14:21]:
Türkiyə Ukrayna ordusu üçün RLS istehsal edəcək
12/10/2016 [14:14]:
Azərbaycana "qanun diktaturası" lazımdır, yoxsa, qanunlara əməl olunması?.. - Azər Rəşidoğlu yazır
12/10/2016 [14:04]:
İndi 4G surətini "Azercell"lə yaşamaq daha asan! - Fotolar
12/10/2016 [13:58]:
Rövşən Lənkəranskinin qətlində adı keçən "qanuni oğru"nun cinayət materialları "yoxa çıxıb"
12/10/2016 [13:52]:
Diaspor təşkilat sədri Danimarkada mükafatlandırılıb - Foto
12/10/2016 [13:48]:
Mağazalarda bu məhsullar kəskin bahalaşdı - Qiymət cədvəli
12/10/2016 [13:17]:
Rusiya aviasiyasının Suriyada yerləşdirilməsi təsdiqləndi
12/10/2016 [12:36]:
"Putin ömürlük prezident olsun" təklifi
12/10/2016 [12:16]:
Səudiyyə Ərəbistanı da dövlət neft istiqrazlarını satmağa başladı
12/10/2016 [11:48]:
Ermənistanda daha bir qalmaqallı istefa gözlənilir
12/10/2016 [11:34]:
"Azərbaycana saxta sənədli miqrant axını artır" - Fuad Ələsgərov
12/10/2016 [11:27]:
İsrail bir günlüyə özünü dünyaya qapatdı
12/10/2016 [11:20]:
Ankarada FETÖ-yə qarşı böyük əməliyyat - 215 polis əməkdaşı haqqında həbs qərarı verildi
12/10/2016 [11:07]:
Aralıq dənizi uğrunda qızğın mübarizə - İran və Rusiya qarşı-qarşıya
12/10/2016 [11:00]:
Nazirlikdən dərman satan şirkətlərə Xəbərdarlıq
12/10/2016 [10:58]:
Səyyar "ASAN Xidmət" Biləcəridə - Fotolar
12/10/2016 [10:54]:
Ərdoğan-Putin görüşündə Peskov yatdı - Video
12/10/2016 [10:50]:
Bakcell beynəlxalq zənglərin qiymətini 16 qəpiyə endirdi
12/10/2016 [10:44]:
Elmar Qasımov Prezident təqaüdçüləri ilə görüşdü
12/10/2016 [10:33]:
Azərbaycan nefti ucuzlaşdı
12/10/2016 [10:31]:
Cəbhədə atəşkəs pozuldu
12/10/2016 [10:23]:
"Baş nazirin müavinləri azalmalı, Qarabağla bağlı vitse-prezident olmalıdır" - Təklif
12/10/2016 [10:16]:
Sumqayıtda qardaş bacısını amansızlıqla öldürdü
12/10/2016 [10:08]:
25 yaşlı oğlan iş adamını güllələdi
12/10/2016 [10:07]:
Bu gün Aşura günüdür
12/10/2016 [10:03]:
Manat dollara nisbətdə bahalaşdı - Rəsmi məzənnə
12/10/2016 [09:53]:
Bakıda 219 bina söküləcək, əhaliyə yeni mənzillər veriləcək - Ünvan
12/10/2016 [09:49]:
"Sonra da başlayacaqsınız Almaniya ilə oyundan qələbə istəməyə" - Rövnəq Abdullayev
12/10/2016 [01:21]:
Azərbaycanda məktəbdə zərdüştlük dininin təbliğ olunduğu üzə çıxdı - Video
12/10/2016 [01:04]:
Millimiz tarix yazmaqda davam edir - 3 görüşdə 7 xal, qrup ikincisi
12/10/2016 [00:51]:
Bombardımanda yaralanan Aya atasını belə axtardı - Suriyalı kiçik yaşlı qızın ürək dağlayan Video görüntüləri (18+)
12/10/2016 [00:01]:
Türkiyə döyüş təyyarələri İraqı bombaladı - PKK-nın silah anbarları, sığınacaqları məhv edildi
11/10/2016 [23:23]:
Azay Quliyev ATƏT-in seçki müşahidə missiyasına rəhbərlik edəcək
11/10/2016 [23:20]:
Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycandan hakim seçilib
11/10/2016 [23:18]:
Yığmamız Çexiyada da tarix yazdı - Yenilənib
11/10/2016 [20:15]:
Erməni əsgər düşmən ordusundakı özbaşınalıq nəticəsində öldürülüb - Müdafiə Nazirliyi
11/10/2016 [20:09]:
Rəşad Sadıqov Çexiyaya qarşı oynamayacaq
11/10/2016 [19:49]:
Nazarbayev Azərbaycana gələsi olmadı
11/10/2016 [19:42]:
Yunanıstana qaçan qiyamçıların sığınacaq tələbi rədd edildi
11/10/2016 [19:23]:
Telekanallar oliqarx Akif Sayadovun cinayətlərindən danışdı - Video
11/10/2016 [19:15]:
Prezidentin fərdi təqaüdü 300 manat artırıldı - Fərman
11/10/2016 [19:05]:
Müstəqilliyin 25-ci ildönümü dövlət səviyyəsində qeyd olunacaq - Sərəncam
11/10/2016 [19:02]:
Penitensiar Xidmətin idarə rəisi vəzifəsindən azad edildi
Bütün arxiv bir sırada
Direktor:
Ruslan Bəşirli
Ünvan: Bakı şəhəri,
Nərimanov rayonu,
Əşrəf Əliyev küçəsi, 41
Tel: (012) 514 01 97, (055) 392 39 10
e-mail: [email protected]
Materiallardan istifadə zamanı
www.avropa.info saytına istinad
zəruridir!